09 Yanvar 2025, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarında təhsil alan tələbələr Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində olub, nazirliyin fəaliyyət istiqamətləri, xidməti sahələri ilə maraqlanıblar.
Təcrübənin sonunda tələbələrlə keçirilən görüşdə ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə nazirlik hər il öz iş planına uyğun olaraq tələbələrlə görüşlər keçirir.

Vurğulanıb ki, iki gün ərzində tələbələr Penitensiar Xidmətdə, Məhkəmə Ekspertizası Mərkəzində, İcra və Probasiya şöbəsində, Qanun­vericilik bölməsində, Bələdiyyələrlə iş mərkəzində, Naxçıvan şəhər icra və probasiya şöbəsində, Naxçıvan Şəhər Bələdiyyəsində bu qurumların fəaliyyətləri ilə yaxından tanış olublar. Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirən Suliddin Əliyev bu istiqamətdə fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini ­diqqətə çatdırıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə müşaviri Səttar Zamanov, Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini, ədliyyə müşaviri Elman ­Abbasov və Penitensiar Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi, ­ədliyyə polkovnik-leytenantı Əli Rəhimov çıxış edərək keçirilən təcrübənin əhəmiyyətindən bəhs ediblər. Vurğulanıb ki, bu əməkdaşlıq mütəxəssis hazırlığına, ədliyyə sahəsində düzgün kadr seçiminə öz töhfəsini verəcək.
Sonda tələbələrin sualları cavablandırılıb.

 Nail ƏSGƏROV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR