23 Dekabr 2024, Bazar ertəsi

Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Orxan Bağırov cari ilin tədqiqat dövründə həyata keçirilən elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatla çıxış edib.
Qeyd olunub ki, 2018-ci ilin 9 ayı ərzində bölmə əməkdaşlarının 16 monoqrafiyası, 10 kitabı, 4 kitabçası, 415 elmi məqaləsi, 158 konfrans materialı, 5 tezisi olmaqla, ümumilikdə, 608 elmi əsəri nəşr edilib. Əsərlərdən 2 monoqrafiya, 69 elmi məqalə, 55 konfrans materialı və 1 tezis olmaqla, 127 əsər xaricdə işıq üzü görüb. Elmi məqalələrdən 22-si impaktfaktorlu jurnallarda dərc olunub. Qarabağlar Türbə Kompleksi haqqında üç dildə (Azərbaycan, ingilis və rus dillərində) “Qarabağlar Türbə Kompleksi” adlı kitab nəşr edilib.
Vurğulanıb ki, məqalələrin 89-u xaricdə olmaqla, 388-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb.
Məruzəçi bölmənin Təbii ehtiyatlar laboratoriyasında hazırlanan müalicəvi əhəmiyyətli “Şorsu” palçığı haqqında da məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığından irəli gələn vəzifələr uğurla yerinə yetirilib.

Hesabat dövründə akademik Tariyel Talıbov Azərbaycan Botaniklər Cəmiyyətinin Rəyasət Heyətinin birinci müavini, biologiya üzrə elmlər doktorları Əliyar İbrahimov və Fatmaxanım Nəbiyeva isə üzv seçiliblər. AMEA-nın müxbir üzvü Əliəddin ­Abbasov, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova və Fərəh Heydərovanın həmmüəllifi olduqları “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” kitabı 38-ci Beynəlxalq Paris Luvr kitab sərgisinin “Qızıl medalı”na və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Moskva Təhsil sərgisinin diplomuna, Fizzə Məmmədova Rusiya Təbiətşünaslıq Akademiyasının professoru, “Elmin qızıl fondu” milli proqramı çərçivəsində Rusiya Təbiətşünaslıq Akademiyasının “Əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülüb, Beynəlxalq Birləşmiş Elmlər Akademiyasına üzv seçilib. Eyni zamanda Əliəddin ­Abbasov, Fizzə Məmmədova və Coğrafiya şöbəsinin kiçik elmi işçisi Qiyas Qurbanovun həmmüəllifi olduqları “Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” adlı kitab Moskva şəhərində 31-ci Beynəlxalq kitab sərgi yarmarkasında elmin və təhsilin inkişafındakı əhəmiyyətinə görə Təşkilat Komitəsinin “Qızıl medal” mükafatına layiq görülüb. Kimya üzrə fəlsəfə doktoru Günel Məmmədova İngiltərənin Kembric Skolars Pablişinq nəşriyyatının “Qeyri­-üzvi kimya” jurnalının məsləhətçi-­redaksiya heyətinin üzvü, Çinin Hangzhou şəhərində keçirilən “Ətraf mühit və geoelm” Beynəlxalq konfransına rəyçi və Beynəlxalq Seolit Assosiasiyasına üzv seçilib, həmçinin Patent və əmtəə nişanları mərkəzi tərəfindən keçirilən ixtiraçılıq sahəsində beşinci respublika müsabiqəsində yer tutaraq mükafatlandırılıb. Batabat Astrofizika Rəsədxanasının Səma cisimlərinin fotometriyası şöbəsinin müdiri Azad Məmmədli göy mexanikası sahəsindəki nailiyyətlərinə görə “Amerika Astronomiya və Astrofizika” (American Journal of Astronomy and Astrophysics) jurnalının redaksiya heyətinə üzv və rəyçi olmaq üçün dəvət alıb.
Sonra müzakirələr aparılıb.
Bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək elmi göstəricilərin qənaətbəxş olduğunu vurğulayıblar.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR