23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində 2018-2019-cu tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov pedaqoji təcrübənin yüksəkixtisaslı kadrların hazırlanıb gələcəkdə səmərəli fəaliyyət göstərmələrindəki rolundan bəhs edib.

Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. Nazir Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi təhsil strategiyasından danışıb.
Nazir bildirib ki, məhz həmin təhsil strategiyasının nəticəsi kimi son illər Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil məktəblərinin binaları yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub, lazımi avadanlıqlarla təchiz edilərək müəllim və şagirdlərin istifadəsinə verilib.
Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov bildirib ki, ali təhsil ocağının qiyabi şöbəsində 7 şəhər, 4 rayon məktəbi olmaqla, 6 ixtisas üzrə, ümumilikdə, 99 tələbə artıq pedaqoji təcrübəyə başlayıb. Universitetin əyani şöbəsində təhsil alan 382 tələbə muxtar respublikanın müxtəlif məktəblərində pedaqoji təcrübədə olacaqlar. Prorektor kredit təhsil sistemi ilə əlaqədar tətbiq olunacaq yeniliklər, sənədləşmə işləri – təcrübə jurnallarının, məktəb rəhbərlərinin və təcrübəçilərin iş planlarının, icmal və gündəliklərin, hesabatların hazırlanması haqqında məlumat verib.
Diqqətə çatdırılıb ki, pedaqoji təcrübənin yekununda bolonya sisteminə uyğun olaraq 100 ballıq sistem üzrə qiymətləndirilmə aparılacaq.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR