23 Dekabr 2024, Bazar ertəsi

Bu gün muxtar respublika təhsili özünün uğurlu inkişaf dövrünü yaşayır. Hər il təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, yeni məktəb binaları tikilir və yaxud əsaslı təmir olunur, təhsilin keyfiyyət göstəriciləri yaxşılaşdırılır. 

2018-ci ilin ötən 9 ayında muxtar respublikada 1426 şagird yerlik 4 ümumtəhsil məktəbi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, elmi dərəcəli işçilər tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçilməsi də diqqətdə saxlanılmışdır. Ötən dövrdə ümumtəhsil məktəbləri ilə muzeylər arasında 7, Naxçıvan Şahmat Mərkəzi ilə 6, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə 8, Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzi ilə 5 interaktiv dərs keçilmişdir.

Muxtar respublikada gənc müəllimlərin işə qəbulu istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul imtahanında iştirak edərək müvafiq keçid balını toplamış gənc müəllimlər işlə təmin olunmuşdur. Şagirdlərin vətənpərvərlik tərbiyəsində xüsusi rolu olan ümumtəhsil məktəblərində fəaliyyət göstərən hərbi rəhbərlərin biliklərinin artırılması sahəsində də mühüm işlər görülmüş, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən ümumtəhsil məktəblərinin hərbi rəhbərləri üçün təlim-məşq toplantıları keçirilmişdir.
Təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikanın məzunlarının buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaratmışdır. 2018-ci ildə tam orta təhsil bazasından sənəd verən abituriyentlərin 1552-si ali təhsil müəssisələrinə, 227-si müxtəlif ali hərbi məktəblərə, 244-ü isə tam orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olmuşlar. Ümumilikdə, tam orta təhsil bazasından ali və orta ixtisas məktəblərinə qəbul olan məzunların sayı 2023 nəfər olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaqların, eləcə də ümumtəhsil müəssisələrində tədrisə cəlb edilmiş aztəminatlı, sağlamlıq imkanları məhdud uşaqların pulsuz məktəbli geyimləri və ləvazimatları ilə təminatı da diqqətdə saxlanılmışdır. 2018-2019-cu tədris ili üzrə bu kateqoriyadan olan 389 uşağa pulsuz məktəbli geyimi və ləvazimatları verilmişdir.
Muxtar respublikanın peşə təhsili müəssisələrini ötən dövr ərzində 1814 müdavim bitirərək müvafiq təhsil sənədi almışdır. Hazırda peşə məktəblərində 26 qrupda 516 müdavim təhsilini davam etdirir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR