23 Dekabr 2024, Bazar ertəsi

Oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və “İstedad – XXI əsr” kurslarının təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin IV-VIII sinif şagirdləri üçün test-sınaq imtahanları keçirilib. Məqsəd şagirdlərin biliklərinin yoxlanılması və elmlərə marağının artırılması, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarına hazırlıqdır.
İmtahanlarda şagirdlərə IV sinif üçün altı, V sinif üçün yeddi fənn olmaqla, 70 sual, VI-VIII siniflər üçün isə on fənn olmaqla, 100 sual təqdim edilib. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt ayrılıb. Onlara iş nömrəsi verilib və kodlaşma aparılıb. Nəticələr 5 gün sonra www.istedad21.com saytından öyrənə biləcəklər.
Qeyd edək ki, həmin gün Dövlət İmtahan Mərkəzi yeni təhsil pro­qramları (kurikulumlar) üzrə 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlərin sınaq imtahanını keçirib.
Muxtar respublikada sınaq imtahanı Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilib. İmtahan saat ­1100-da­­­­­ başlayıb və 3 saat davam edib.
İmtahanda iştirak etmək üçün 625 abituriyent qeydiyyatdan keçib. İmtahanın idarə olunmasına 30 nəzarətçi və 4 imtahan rəhbəri cəlb edilib. Şagirdlərə hər fənn üzrə 22-si qapalı, 8-i isə açıqtipli olmaqla, 30 test tapşırığı təqdim edilib. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlar, digərləri isə uzun müddətdir, istifadə edilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.
İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR