23 Dekabr 2024, Bazar ertəsi

Beşminillik şəhərsalma mədəniyyətinə malik olan Naxçıvan torpağı görkəmli elm, ədəbiyyat, siyasət, hərb xadimlərinin vətəni kimi böyük şöhrət qazanmışdır. Naxçıvan torpağının unudulmaz övladları olan Nəsirəddin Tusinin, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Məhəmməd Tağı Sidqinin, görkəmli siyasət və dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin adları tarixə qızıl hərflərlə yazılmışdır. Dahilər yurdunun tarixdə iz qoymuş övladlarından biri də tanınmış dramaturq, folklorçu alim, pedaqoq Məmmədhüseyn Təhmasibdir. Bu görkəmli elm xadimi 75 illik mənalı ömrünün böyük bir hissəsini ədəbi-bədii yaradıcılığa, elmi fəaliyyətə həsr etmişdir. Məmmədhüseyn Təhmasib xalqımızın şifahi ədəbiyyat xəzinəsinin, folklorumuzun məşhur bilicilərindən biri idi. O, bu gün həm xalq ədəbiyyatı nümunələrinin toplayıcısı, həm də folklor nəzəriyyəçisi kimi tanınır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində universitetin 50 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 yanvar 2017-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamı ali təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirib.
Muxtar respublikada bütün sahələrə, o cümlədən dəqiq fənlərin inkişafına göstərilən diqqətdən danışan rektor universitetdə fizika, biologiya və kimya fənlərinin mükəmməl tədrisi üçün maddi-texniki bazanın mövcud olduğunu, yeni avadanlıqların alınaraq kabinə və laboratoriyalara verildiyini bildirib.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda keçilən ustad dərsi bu mövzuya həsr edilib

Bu günlərdə Bakı Elm-Təhsil Mərkəzinin rəhbəri, pedaqogika üzrə elmlər doktoru, professor Fərahim Sadiqov Naxçıvan Müəllimlər İnstitutunda “Təhsilin müasir problemləri və yeni yanaşmalar” mövzusunda ustad dərsləri keçib. İnternet və kompüter sistemlərindən, innovativ texnologiyalardan istifadə olunmaqla keçilən ustad dərsində magistrlər, dissertantlar, doktorantlar, gənc müəllimlər və pedaqoji kollektivin üzvləri iştirak ediblər.
İnstitutun rektoru, Əməkdar elm xadimi, professor Oruc Həsənli Fərahim Sadiqovun geniş pedaqoji fəaliyyəti, ölkəmizdə pedaqoji kadrların yetişdirilməsi sahəsindəki təcrübəsi barədə məlumat verib.

Ardını oxu...

Aprelin 9-da Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Naxçıvan şəhərində magistratura və rezidenturaya qəbul imtahanının birinci mərhələsini və Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanlarını keçirib.

Magistratura və rezidenturaya qəbul imtahanı Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbin, Azərbaycan dili fənnindən test imtahanı isə 7 nömrəli tam orta məktəbin binalarında aparılıb. İmtahanlar saat 1300-da başlanıb. Magistratura və rezidenturaya qəbul imtahanlarının müddəti 2 saat 30 dəqiqə, Azərbaycan dili fənnindən test imtahanının müddəti isə 45 dəqiqə olub. İmtahanlarda iştirak etmək üçün magistraturaya 346, rezidenturaya 50, Azərbaycan dili fənnindən isə 24 nəfər qeydiyyatdan keçib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında ali təhsil müəssisəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynovun “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı (1924-2014-cü illər)” kitabının təqdimat mərasimi keçirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdəki çıxışında vurğulayıb ki, universitet Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən monoqrafiya muxtar respublikada həyata keçirilən aqrar islahatlardan, xalq təsərrüfatının, yerli iqtisadiyyatın inkişafına xidmət edən dövlət siyasətinin uğurlarından bəhs edir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə kənd təsərrüfatı sahəsində genişmiqyaslı islahatların aparılması, müstəqillik illərində muxtar respublikada kənd təsərrüfatı sahəsində mühüm nailiyyətlər əldə edilməsi monoqrafiyada öz əksini tapıb.

Ardını oxu...

“Naxçıvan” Universitetinin bir qrup əməkdaşı AESOP layihəsinin Xəzər Universitetində keçirilən iclasında iştirak ediblər.
Bu günlərdə isə Gürcüstanın Akaki Tsereteli Dövlət Universitetinin koordinatorluğu ilə həyata keçirilən AESOP layihəsinin növbəti təlimi Polşada, Varşava Universitetində keçirilib. Təlimdə partnyor universitet kimi “Naxçıvan” Universitetini ali təhsil ocağının Tədris şöbəsinin müdiri Anar Abuzərli, layihə koordinatoru Elmira Hüseyn­ova, Xarici dillər fakültəsinin dekan müavini Yasin Babazadə və həmin fakültənin müəllimi Könül Babayeva təmsil ediblər.
Azərbaycan, Ukrayna və Gürcüstan nümayəndələrinin də iştirak etdikləri təlimin keçirilməsində məqsəd ombudsman aparatlarının funksiya və strukturunun nəzəri və praktik cəhətdən öyrənilməsindən ibarət olub.
Təlim çərçivəsində keçirilən iclasda giriş sözü ilə çıxış edən Varşava Universitetinin Tələbə işləri üzrə prorektoru Yolanta Çoinska-Mika təlimin mahiyyəti barədə ətraflı məlumat verib.
Sonra partnyor universitetlərin təqdimatı keçirilib. “Naxçıvan” Universiteti haqqında geniş məlumatı və videoçarxı universitetin layihə üzrə koordinatoru Elmira Hüseynova təqdim edib.
Qeyd edək ki, əvvəlcədən müəyyənləşdirilmiş proqrama uyğun olaraq Varşava Universitetinin Ombudsman aparatının rəhbəri Anna Sibulka bu təşkilat haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.


Nuray Əsgərova

“Naxçıvan” Universitetində “Tədris prosesinin yeni standartlara uyğun təşkilində müasir texnologiyalardan istifadə imkanları” mövzusunda konfrans keçirilib. Ali təhsil ocağının Pedaqogika və Psixologiya, Riyaziyyat və informatika kafedralarının təşkil etdiyi konfransı giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq müasir dövrdə İKT-nin təhsil sahəsində əhəmiyyətli rolundan söhbət açıb.

Universitetin Riyaziyyat və informatika kafedrasının müdiri, dosent Məftun Əliyevin “Ali məktəblərdə distant təhsil və onun üstünlükləri”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Aytən Məmmədovanın “Müasir təhsil sistemində texnologiyaların rolu”, Riyaziyyat və informatika kafedrasının müəllimi Türkan Tağıyevanın “Təhsilin informasiyalaşdırılması pedaqoji elmin yeni sahəsi kimi” və Pedaqogika və psixologiya kafedrasının müəllimi Nübar Səfərlinin “Kurikulum üsulunda İKT-nin rolu və yeri” mövzusunda məruzələri dinlənilib.

Ardını oxu...

Martın 31-də Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında interaktiv əlaqə yaradılıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən və 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş interaktiv dərs muxtar respublikanın ­200-dən çox məktəbində izlənilib.

Xatirə Muzeyinin bələdçisi Rəqsanə Kərimova bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Xüsusilə 1905-1907-ci, 1918-1920-ci illərdə baş verən kütləvi soyqırımı aktlarını, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı faciələrini özündə əks etdirən eksponatlar milli tariximizi öyrənmək baxımından əhəmiyyətlidir. Muzeydə ermənilərin Bakıda, Şamaxıda, Qarabağda, Naxçıvanda və digər bölgələrimizdə törətdikləri soyqırımları əks etdirən sənədlər, şəkillər, hadisələri tarixi faktlarla oxuculara çatdıran qiymətli kitablar vardır.

Ardını oxu...

 AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin elmi işçisi Leyla Səfərovanın “Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixi” adlı mono­qrafiyası işıq üzü görüb.

Bölmənin rəyasət heyətinin qərarı ilə çap olunan kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Fikrət Cahangirov, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və filologiya üzrə elmlər doktoru, professor Adil Babayevdir.
Monoqrafiyada ölkəmizdə günümüzədək ali məktəblər üçün yazılan dərslik və dərs vəsaitlərində, eləcə də tədqiqat işlərində ingilis dilinin qrammatikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar geniş şəkildə öz əksini tapıb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Naxçıvan əhalisinin etnogenezi tarixindən” monoqrafiyasının 2-ci cildinin təqdimat mərasimi keçirilib.
Tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq müstəqilliyimizin bərpasından sonra muxtar respublika ərazisində elmin müxtəlif istiqamətlərində sanballı еlmi əsərlərin, o cümlədən dəyərli kitabların, albom-kitabların, monoqrafiyaların, mеtodik vəsaitlərin, buklеtlərin, atlasların, хəritələrin, məqalələrin, tеzislərin nəşr olunduğunu deyib. Bildirib ki, bir neçə il bundan öncə 1-ci cildi işıq üzü görən və yeni çapdan çıxan “Naxçıvan əhalisinin etnogenezi tarixindən” adlı mono­qrafiyanın 2-ci cildi də filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin çoxillik elmi tədqiqatlarının nəticəsi olmaqla fundamental tədqiqat əsəridir və Naxçıvan əhalisinin etnogenezi tarixinin öyrənilməsində dəyərli bir kitabdır. Bölmə sədri müəllifə bundan sonrakı elmi fəaliyyətində uğurlar arzulayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası birgə tədbir keçirib.
Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev, Sa­hibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycanda təhsilin inkişafı ötən əsrin 70-ci illərindən etibarən ön plana çəkilib, həmin dövrdə ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində milli kadrların hazırlanması istiqamətində kompleks tədbirlər həyata keçirilib. 1993-cü il­dən etibarən ümummilli liderimizin uzaqgörən siyasəti nəticəsində respublikamızda təhsil özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, dünya təhsil sisteminə inteqrasiya olunub.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi tərəfindən martın 12-də ölkəmizin 33 rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi, 23 rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün isə buraxılış imtahanı keçirilib. Həmin gün respublika üzrə, ümumilikdə, 37 min 230 şagird imtahan verib.
Bu imtahanda iştirak edən şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 5-dən əldə ediblər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunub. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb.
Ümumtəhsil məktəblərində imtahana hazırlıq işləri çərçivəsində imtahan guşələri yaradılıb və şagirdlər yeniliklərlə tanış ediliblər. Hər bir şagirdin imtahana buraxılması üçün Dövlət İmtahan Mərkəzinin “Şagird-məzun” sistemində buraxılış vərəqələri çap edilərək şagirdlərə təqdim olunub. Bundan əlavə, ümumtəhsil məktəblərinin direktorları tərəfindən hər bir şagird üçün məktəbdə oxuduqlarına dair şəkilli arayışlar hazırlanıb.

Ardını oxu...

Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti bu gün muxtar respublikamızda da uğurla davam etdirilir.  Bunun nəticəsidir ki, muxtar respublikada istedadlı gənclərin üzə çıxarılması, gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual potensialının inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilir. 

Təbii ki, keçirilən tədbirlərdə bütün kateqoriyalardan olan gənc­lərin iştirakı diqqət mərkəzində saxlanılır. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun iş planında nəzərdə tutulmuş tədbirlər çərçivəsində gənc alimlərlə əlaqələrin inkişafı və bu sahədə layihələrin həyata keçirilməsinə də böyük önəm verilir. 

Məhz bu amil nəzərə alınaraq Gənclər Fondu Təhsil Nazirliyi ilə birlikdə muxtar respublikamızın tam orta məktəblərində gənc alimlərin nümunəvi dərslərinin keçilməsi üçün qrafik hazırlayıb. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin gənc alimlərinin – doktorant və dissertantlarının iştirakı ilə müxtəlif fənlər üzrə nümunəvi dərslərin keçilməsi ayda iki dəfə və muxtar respublikanın bütün bölgələrini əhatə etməklə tədris ilinin sonuna qədər davam edəcəkdir. Bu cür dərslərin keçilməsi gənc alimlərlə əlaqələrin artırılması, birgə tədbirlərin həyata keçirilməsi, eyni zamanda məktəblərdə təhsil alan şagirdlərin elmə həvəsləndirilməsinə müsbət təsir göstərəcəkdir.

Ardını oxu...

Cari ildə həmin imtahanlar bu qaydalar əsasında aparılacaq

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən aldığımız məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları” təsdiq edilib. Dəyişikliklərə əsasən, cari tədris ilində IX siniflər üzrə buraxılış imtahanları 2 mərhələdə keçiriləcək.
İmtahanın I mərhələsi 12 mart 2017-ci il tarixdə saat 1100-da başlayacaq. Şagirdlərə Azərbaycan dili üzrə 20 (10 açıq və 10 qapalı test), riyaziyyat fənni üzrə 10 (açıq test) olmaqla, 30 sual təqdim ediləcək. Sualların cavablandırılması üçün şagirdlərə 2 saat, esse (inşa) yazmaq istəyən şagirdlər üçün isə əlavə 30 dəqiqə vaxt veriləcək. Saat 900-dan etibarən şagirdlərin imtahanın keçiriləcəyi binalara buraxılışı başlayacaq.

Ardını oxu...

Martın 6-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmə üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri haqda məruzə edib.

İsmayıl Hacıyev bölmənin fəaliyyəti haqqında geniş məlumat verərək Naxçıvan tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru, incəsənəti, təbii sərvətləri, flora və faunasının sistemli şəkildə öyrənildiyini bildirib. Hesabat ilində bir sıra nailiyyətlərin əldə olunduğunu nəzərə çatdıran İsmayıl Hacıyev qeyd edib ki, ötən il 6 prоblemi əhatə edən 7 mövzuda 81 mərhələdə 31 iş üzrə tədqiqatlar aparılıb. O, 76 mərhələ üzrə işlərin artıq tamamlandığını, bölmə əməkdaşları tərəfindən 3 tətbiqyönümlü patentin alındığını, 5 qrant layihəsinin həyata keçirildiyini bildirib.
Akademik bölmənin beynəlxalq əlaqələrinin genişləndi­rilməsi istiqamətində aparılan işlər haqqında da məlumat verərək ABŞ, Fransa, Almaniya, İngiltərə, İsveç, Bosniya-Hersoqovina, Türkiyə, Rusiya, Qazaxıstan, İran və digər ölkələrin elm və ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələrinin imzalandığını söyləyib.

Ardını oxu...

“Naxçıvan” Universitetində bu ali təhsil ocağının professor-müəllim heyətinin 2016-cı ildə yerinə yetirdikləri elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Konfransın plenar iclasını giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, elmi-texniki potensialın, tədqiqatçıların təkrar istehsalını təmin edən elm və təhsil strukturlarının bir-biri ilə qarşılıqlı əlaqəsi, təhsilin elmlə sintezi olmadan müasir təhsil inkişaf edə bilməz. Bu proses eyni zamanda ali məktəblərin pedaqoji potensialını inkişaf etdirməyə, tədris proqram və kursların məzmununu, təhsil texnologiyalarını və metodlarını yeniləşdirməyə imkan verir.

Ardını oxu...

“Göy yerə zəng eyləyir” kitabında uşaqlara həsr olunmuş şeirlər toplanıb


Naxçıvanda yaşayıb-yaradan və ədəbi aləmdə öz imzası ilə yaxşı tanınan İbrahim Yusifoğlunun bu yaxınlarda növbəti kitabı nəşr olunub. “Göy yerə zəng eyləyir” adlı 250 səhifəlik kitabda uşaq ədəbiyyatı mövzusunda qələmə alınmış 300-dən çox şeir, üç poema və iki mənzum pyes toplanıb. 

İbrahim Yusifoğlunun uşaqlar üçün yazdığı şeirlərin ümumi ruhunu ifadə etmək baxımından Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılovanın bu yaxınlarda nəşr olunan “Naxçıvan ədəbi mühiti: uşaq ədəbiyyatının inkişaf istiqamətləri və problemləri” monoqrafiyasında yazdığı bu fikirlərini xatırlatmaq istərdik: “İbrahim Yusifoğlunun kiçik oxucu­larına ünvanladığı əsərlərlə tanış olduqca, onların içərisində təbiət mövzusuna daha çox üstünlük verildiyi göz qabağındadır. Onun balaca qəhrəmanı sanki təbiətin sehrkar qoynunda səyahətə çıxmışdır. Burada hər çiçəyin özünəxas bənzətmələrlə ifadə olunması, onların öz ətri ilə uşaqlara tanıdılması, təbiət gözəlliklərinin uşaqlara sevdirilməsi müəllifin uşaq aləminə yaxşı bələd olmasından irəli gəlir”.

Ardını oxu...

Aqillər kitabı bilik, zəka, idrak mənbəyi, kamillik vasitəsi hesab edirlər. Bu, səbəbsiz deyil. Çünki insanlar ən yüksək keyfiyyətləri, əsl təhsili yalnız mütaliə etməklə qazanırlar. Kitab oxumaq insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir. Böyük şəxsiyyətlərin həyatlarına nəzər yetirdikdə, onların hərtərəfli inkişafında mütaliənin əhəmiyyətli rol oynadığını aydın şəkildə görmək mümkündür. Bütün istiqamətlərdə inkişafın ancaq elmi əsaslarla mümkün olduğu müasir dövrdə hər kəsi düşündürən məsələlərdən biri də cəmiyyətimizdə mütaliə mədəniyyətinin inkişaf səviyyəsidir. Etiraf edək ki, biz hər sahədə çox böyük məsafələr qət etsək də, mütaliə mədəniyyətinin inkişafı sahəsində lazımi irəliləyişə nail ola bilməmişik. Xüsusən, gənclərdə mütaliəyə marağın aşağı düşməsi təhlükəli bir tendensiyanın xəbərçisidir. Onu da deyək ki, belə bir vəziyyət təkcə bizdə deyil, əksər dünya ölkələrində mövcuddur.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində aprel ayından başlanılacaq ekspedisiyaların məqsədi Naxçıvan Muxtar Respublikasının qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, arxeoloji qazıntılar zamanı aşkar ediləcək maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən təhlil olunması, qədim folklor nümunələrinin toplanması, bitki və heyvanlar aləminə aid materialların, faydalı bitkilərin müəyyənləşdirilməsindən ibarətdir. Tədqiqat işlərinin nəticəsi olaraq ümumiləşdirici əsərlər, mоnо­qrafiyalar və kitablar hazırlanıb çap ediləcək.
Sentyabrın sonunadək nəzərdə tutulan tədqiqatlar Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar institutlarının əməkdaşları tərəfindən həyata ­keçiriləcək.
Qeyd edək ki, bölmə əməkdaşları tərəfindən ötən illərdə toplanılan materiallar əsasında 2 cilddə “Naxçıvan Ensiklоpediyası”, Azərbaycan və ingilis dillərində “Naxçıvan Abidələri Ensik­lо­pediyası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvanın tarixi atlası”, 3 cilddə “Naxçıvan fоlklоru”, 2 cilddə “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı” və digər kitablar nəşr olunub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclasını giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildinin hazırlanması istiqamətində görülən işlərlə əlaqədar tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, artıq birinci cild üzərində işlər İşçi qrupu tərəfindən başa çatdırılıb, bu günlərdə kitabın ikinci cildinin hazırlanması işlərinə başlanılacaq.
İclasda AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “Darıdağ sürmə filizinin kompleks emalı” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzədə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərindən şimala doğru 9 kilometr məsafədə yerləşən Darıdağ sürmə filiz yatağından, sürmə filizi əsasında aparılan təcrübələrdən, onların nəticələrindən bəhs olunub. Məruzə dinlənildikdən sonra rəyasət heyətində müzakirə olunub və gələcəkdə aparılacaq tədqiqatların elmi səmərəliliyini yüksəltmək üçün müvafiq tapşırıqlar verilib.
Tədbirdə bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə “Dədə Qorqud yurdu – Naxçıvan” tarix və etno­qrafik atlasının hazırlığı barədə rəyasət heyətinin üzvlərinə məlumat verib. Bildirib ki, artıq sözügedən atlas hazırdır və sonuncu baxışdan keçirilir.

Ardını oxu...

Xocalı soyqırımı xalqımıza qarşı bir neçə əsr əvvəl başlanan və həyata keçirilən erməni təcavüzünün davamı və tərkib hissəsidir. Həmin faciənin törədilməsi ilə yüzlərlə soydaşımız qətlə yetirilib, işgəncələrə məruz qalıb. Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmayıb, sonadək vuruşaraq Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstəriblər.
Dünən muxtar respublikamızın ali, orta ixtisas və ümumtəhsil məktəblərində, Heydər Əliyev adına Hərbi Liseydə Xocalı soyqırımına həsr olunmuş bir dərs saatında həmin qanlı faciə bir daha xatırlanıb, dərslərdə Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsindən ətraflı bəhs olunub, bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.

 

Xəbərlər şöbəsi

Xatirə Muzeyində bu mövzuda interaktiv dərs keçilib

Naxçıvan şəhərindəki Şəhidlər xiyabanının qarşısında dayanmışam. Xəyalımda ötən əsrin 80-ci illərinin sonlarında başlayan hadisələri canlandırıram. Gözlərim önündən 20 Yanvar hadisələri keçir. Bir il sonra belə faciəni Azərbaycanın qədim torpağı Xocalı da yaşadı. Xalqımızın qəhrəmanlıq tarixinin belə səhifələri çoxdur. Bu səhifələrə ölkəmizin müstəqilliyi, azadlığı uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan eloğullarımızın mənfur düşmənə qarşı mübarizəyə qalxdığını bütün dünyaya bəyan edən faciələr yazılıb.
Yaxınlıqda yerləşən Xatirə Muzeyinə daxil oluram. Giriş otaqda “Erməni vəhşiliyi – Xocalı faciəsi” və “XX əsrin faciəsi” adlı guşələr yaradılıb. Burada akademiklər Cəlal Əliyev və Budaq Budaqovun “Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı”, İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, həmçinin Tatyana Çaladzenin “Qarabağ genosidi: sənədli xronika” və digər kitab, jurnal, qəzet materialları özünə yer alıb. Şəkillərə həyəcansız baxmaq olmur. Bu şəkillərin hər biri xalqımızın azadlıq uğrunda mübarizəsinin bir anını əks etdirməklə bugünkü gənclərdə vətənpərvərlik hisslərini gücləndirir, bu mübarizədə canından keçən qəhrəman övladlarımıza sevgi və ehtiram duyğularını artırır. Ona görə də bu muzey hər bir yurdsevər azərbaycanlı üçün müqəddəs bir ünvandır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində fənn olimpiadaları qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən təhsil naziri Məmməd Qəribov bildirib ki, hər bir xalqın milli intibahını təmin edən ən zəruri vasitə təhsildir. Ona görə də ölkəmizin bütün regionlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. İlbəil təhsil müəssisələri üçün yeni binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması, ümumtəhsil məktəblərinin ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsirini göstərib. Hər il olduğu kimi, bu il də muxtar respublikamızda məktəb binalarının tikintisi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi təhsildə uğurlarla nəticələnir. Belə ki, 2016-cı ildə Naxçıvan Dövlət Texniki Kolleci, Ordubad Texniki Peşə və Sürücülük Məktəbi, eyni zamanda Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey və 4498 şagird yerlik 13 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə, 17 təhsil müəssisəsi üçün binalar tikilib və ya əsaslı şəkildə yenidən qurularaq şagird və müəllimlərin istifadəsinə verilib.

Ardını oxu...

Fevral ayının 15-də muxtar respublikanın daha bir yaşayış məntəqəsində müasir tələblərə cavab verən yeni məktəb binasının sevinci yaşanıb. Belə ki, Şahbuz rayonunun Kolanı kənd tam orta məktəbi üçün inşa olunan bina istifadəyə verilib. Biz də o sevincli anlarında məktəbin müəllimləri ilə görüşdük, onları təbrik edib gələcək fəaliyyətlərində uğurlar arzuladıq, təəssüratlarını öyrəndik.
Məktəbin direktoru Rəqsanə Əsgərova deyir ki, 3 mərtəbədən ibarət olan 360 şagird yerlik binanın istifadəmizə verilməsi təhsilin inkişafına, bu sahədə çalışanlara dövlətimizin növbəti qayğısıdır. Təbii ki, belə qayğı pedaqoji kollektivin məsuliyyətini daha da artırıb.
Həmsöhbətim onu da diqqətə çatdırır ki, ötən dərs ilində məktəbi bitirən 20 məzunun 12-si ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim etmişdi. Abituriyentlərdən 6 nəfəri tələbə adını qazanıb ki, onlardan 1 nəfəri 600-dən çox bal toplayıb. Göründüyü kimi, bu nəticəni yüksək saymaq olmaz. Kollektiv çalışacaq 2016/2017-ci tədris ilinin yekunları elə olsun ki, bununla bizə göstərilən qayğı və etimada cavab verək.

Ardını oxu...

Muxtar respublikada yaradılan müasir təhsil infrastrukturu tədrisin hərtərəfli təşkilinə imkan verir. Xüsusilə yeni texnologiyaların tətbiqi şagirdlərə keçirilən dərsləri daha yaxşı qavramağa şərait yaradır.
Yanvar ayında təhsil müəssisələrində qarşıya qoyulan vəzifələrin icrası diqqətdə saxlanılmış, Bəhruz Kəngərli Muzeyi və Xatirə Muzeyi, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə ümumtəhsil məktəbləri arasında əlaqə yaradılaraq distant dərslər keçirilmişdir. Bu dövrdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində, Naxçıvan Müəllimlər İnstitutunda və orta ixtisas təhsili müəssisələrində çalışan elmi dərəcəli müəllimlər tərəfindən ümumtəhsil məktəblərində 213 saat nümunəvi dərslər tədris olunmuşdur.

Ardını oxu...

Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası fənn olimpiadasının final mərhələsi keçirilib.

Ümumilikdə, altı fənn üzrə keçirilən olimpiada səhər saat 1000-dan 1200-dək davam edib. Şagirdlər riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili, xarici dil fənnləri üzrə 30 açıq test sualını cavablandırıblar.

Olimpiada iştirakçısı olan Culfa rayonunun Milax kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Rüqəyya Zeynalova ilə söhbətimizdə  o qeyd etdi ki, Culfa şəhərində keçirilən olimpiadanın 1-ci mərhələsində iştirak etdim: “Yüksək nəticə göstərdiyimə görə, bu gün final mərhələsində iştirak etmək imkanı qazanmışdım. Olimpiadanın məqsədi şagirdlərin bilik və qabiliyyətini üzə çıxarmaqdır. Mən də çalışdım ki, məktəbimizin adını layiqincə təmsil edəm. Sualları düzgün cavablandırdığıma əminəm. İnanıram ki, qaliblər sırasında olacağam”. Şərur şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseyin 10-cu sinif şagirdi İbrahim Qasımov da uğur qazanacağına əmindir. Sualları cavablandırmaq onun üçün də o qədər çətin olmayıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 1026 şagirdin iştirakı ilə  keçirilən olimpiadanın birinci mərhələsində yüksək nəticələr göstərən şagirdlər muxtar respublika turunda iştirak etmək hüququ qazanıblar.

Naxcivantv.az

Qədim diyarımız qışın qar sevincli, qar ətirli günlərinin sehrinə düşüb. Yurdumuz öz gözəlliyinin yeni çalarlarına qovuşub. Uşaqlar qartopu oynamaqları üçün əllərinə düşən fürsətdən, necə deyərlər, o ki var istifadə edirlər. 

Sərhəd bölgəmiz Heydərabad qəsəbəsində fəaliyyət göstərən uşaq bağçasında bunun bir daha şahidi oluram. Bağçanın həyətində tərbiyəçi müəllimin nəzarəti altında qartopu oynayan uşaqların şən gülüşləri ətrafa yayılıb. Bağçanın həyətinə daxil olduğumuzu görən uşaqlar bir anlığa öz oyunlarına ara verirlər. Salamlaşırıq. Çoxdankı tanışlar kimi bizimlə söhbətə girişirlər.
– Kim qarın gözəlliyi haqqında şeir deyə bilər? – deyə soruşuram.

Ardını oxu...

Fevralın 8-də AMEA Naxçıvan Bölməsində “Naxçıvanın muxtariyyəti: tarix və müasirlik” mövzusunda keçilən interaktiv dərsdə bölmənin sədri, akademik İsmayıl Hacı­yev bildirib ki, Naxçıvanın muxtariyyəti məsələsi XX əsrin 20-ci illərində bölgədə baş vermiş ictimai-siyasi hadisələrin nəticəsində meydana çıxıb. Qədim diyara muxtariyyət statusunun verilməsi zəruri tarixi-siyasi, coğrafi amillərdən irəli gəlib. Naxçıvanın muxtariyyət qazanması onun Azərbaycanın tərkibində qalmasına, inkişaf etməsinə əhəmiyyətli hüquqi-siyasi zəmin yaradıb. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda respublikamızın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələri imzalanıb. Beynəlxalq Moskva və Qars müqavilələri Naxçıvanın ərazisinin toxunulmazlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edib. Həmin sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təşkil olunması ilə birlikdə qədim diyarın təhlükəsizliyi və gələcək inkişafı da təmin edilib.

Ardını oxu...

Culfa rayonunda təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib. Tədbiri Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev açıb.
Culfa Rayon Təhsil Şöbəsinin müdiri Adəm Qasımov muxtar respublikada təhsilə göstərilən qayğıdan danışıb. Vurğulanıb ki, rayonun ümumtəhsil məktəblərinə 74 ədəd elektron lövhə, 440 ədəd kompüter dəsti və 121 ədəd printer verilib, 36 kompüter otağı yaradılıb. Kompüterlər internet şəbəkəsinə qoşulub.
Təhsil Şöbəsi tərəfindən dərs ilini müvəffəqiyyətlə başa çatdırmaq və buraxılış imtahanlarında yüksək nəticələr əldə etmək üçün IX-XI siniflərdə yoxlama test-sınaq imtahanları keçirilib və nəticələr məktəb direktorlarının iştirakı ilə müzakirə olunub. Bildirilib ki, təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsi, fiziki tərbiyə, hərbi hazırlıq fənlərinin tədrisi diqqətdə saxlanılır, məktəblilərin istedad və bacarığının aşkarlanması, onların asudə vaxtlarının səmərəli təşkili üçün ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində müxtəlif tədbirlər keçirilir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək bildirib ki, Culfa rayonunda da təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Təkcə 2016-cı ildə Saltaq kəndində 306, Gülüstan kəndində 156 şagird yerlik yeni məktəb binaları tikilib. Xanəgah kəndində 198 şagird yerlik məktəb binası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib. Hazırda rayonda fəaliyyət göstərən 26 məktəbdən 22-nin binası yenidən tikilib və ya təmir olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında elmin inkişafına göstərilən dövlət qayğısı, elm və təhsil müəssisələri üçün yaradılmış şərait müxtəlif elm sahələrinin inkişaf etdirilməsinə hərtərəfli imkan yaradıb. Bu sahənin diqqət mərkəzində saxlanılması elm adamlarının məsuliyyətini artırmaqla yanaşı, elmi-tədqiqat müəssisələrində müxtəlif istiqamətlər üzrə aparılan tədqiqatların elmi və praktik nəticəliliyini də şərtləndirir. Yola saldığımız 2016-cı il bu baxımdan AMEA Naxçıvan Bölməsinin əməkdaşları üçün uğurlu olub.
Bölmədən aldığımız məlumata görə, ötən ilin elmi-tədqiqat işləri 23 monoqrafiya, 15 kitab, 4 metodik vəsait, 560 elmi məqalə və konfrans materialı, 15 tezis olmaqla, 617 elmi əsərdə öz əksini tapıb (2015-ci ildə 571 əsər olub). Əsərlərdən 3 monoqrafiya, 1 kitab, 137 elmi məqalə və konfrans materialı, 7 tezis olmaqla, 148-i xaricdə çap edilib. Bölmə üzrə çap olunan məqalə və tezislərdən 14-ü arxeologiya, 4-ü etno­qrafiya, 6-sı epiqrafika, 17-si yeni və ən yeni dövr tarixi, 13-ü dilçilik, 3-ü folklorşünaslıq, 4-ü ədəbiyyatşünaslıq, 10-u sənətşünaslıq, 39-u kimya, 6-sı fizika, 5-i iqtisadiyyat, 17-si botanika, 2-si meyvəçilik, 2-si biokimya, 2-si torpaqşünaslıq, 1-i bitkiçilik, 2-si zoologiya, 1-i mətnşünaslıq, 3-ü astrofizika sahəsi üzrə nəşr olunub. İmpaktfaktorlu məqalələrin 14-ü kimya, 2-si fizika, 2-si iqtisadiyyat, 6-sı botanika, 1-i biokimya, 2-si torpaqşünaslıq, 2-si astrofizika sahəsi üzrə olub.
Məlumatda qeyd olunur ki, ötən il 21 nəfərin 29 elmi məqaləsi impaktfaktorlu jurnallarda nəşr edilib. Bu rəqəm 2015-ci ildə 23 olub. Bununla yanaşı, bölmə əməkdaşları 1 beynəlxalq, 4 respublika səviyyəli qrant layihələrində iştirak edərək qalib gəliblər. Bölmənin 48 əməkdaşı respublikada və xaricdə 25 beynəlxalq simpozium və konfransda məruzələrlə çıxış edib.

Xəbərlər şöbəsi

 İqlimə düzəlişlər

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov qeyd edir ki, bu kiçik dağlıq ərazidə hər şey – bitki və heyvanat aləmi, təbii zona toplumu (yarımsəhralar, çöllər, alp çəmənlikləri, meşələr) və hətta “Naxçıvan iqlimi” çox fərqlidir.
Həqiqətən, bu termini ilk olaraq iqlimşünas İvan Fiqurovski (1865-1940) təklif etmişdir. Tbilisi, Bakı və Gəncədə işləyərkən alim Qafqazın iqlim rayonlaşması problemi ilə məşğul olmuş və Naxçıvan üçün əsas meteo­elementlərin paylanmasını bir sıra səbəblər: onun coğrafi vəziyyətinə görə Xəzər dənizinə və Qara dənizə yaxınlığı, dağ silsilələrinin yamaclarında və Cənubi Qafqaz yaylasının vadilərində yerləşməsi; 600 metrdən 3904 metrədək hündürlükdən tökülən gur şəlalələr; havanın hərarətinin qışda -39° C-dən yayda +45° C-dək dəyişməsini ekstremal amplituda üzündən qeyri-adi hadisə olduğu nəticəsinə gəlmişdir. Sadalananlara İran səmtindən əsən qumsal küləkləri, intensiv Günəş radiasiyasını və yağıntıların çox az miqdarda olmasını da əlavə etsək, “Naxçıvan iqlimi” haqqında tam təsəvvür əldə edə bilərsiniz. İqlim isə Tariyel Talıbovun rəhbərlik etdiyi institutun öyrəndiyi landşaftlara, torpağa, həm də təbii ehtiyatlara təsir edir.
– Bizim fauna və floramız Azərbaycan Respublikasının biomüxtəlifliyinin 60 faizini təşkil edir, həm də özünün nadirliyi ilə fərqlənir, – deyə akademik öz fikrini davam etdirdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində müəllim və şagirdlər üçün ustad dərsi keçilib.
Dərs başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova bildirib ki, ustad dərslərin keçilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır. Qeyd edilib ki, budəfəki ustad dərsi rəsm fənnindən “Plakat janrında sülh” mövzusundadır.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin informasiya-kommunikasiya texnologiyaları otağında doktorant və dissertantların İnformatika ixtisası üzrə doktorluq minimum imtahanı təşkil olunub.
AMEA-nın İnformasiya və Texnologiyalar İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin sədrlik etdiyi imtahan komissiyasına həmin müəssisənin əməkdaşlarından texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika üzrə elmlər doktoru Ramiz Alıqu­liyev və Rəsmiyyə Mahmudova ­daxildirlər.
İmtahana AMEA-nın İnformasiya və Texnologiyalar İnstitutunun Tədris Mərkəzinin sektor müdiri Samirə Ocaqverdiyeva və həmin mərkəzin proqramçısı Raqif İsmayılov nəzarət ediblər.
Elektron test üsulu ilə keçirilən imtahanda AMEA Naxçıvan Bölməsinin 3 dissertantı, Azərbaycan Dövlət Aqrar Universitetinin isə 1 doktorantı iştirak edib. İmtahan bitdikdən sonra nəticələr elan olunub. Nəticələrə əsasən, iştirakçıların 3 nəfəri növbəti mərhələyə keçib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Peşə təhsilli insanlar müasir dövrdə istənilən ölkə üçün ən mühüm kapitaldır. Çünki həyatımızın müxtəlif sahələrində çalışan çoxsaylı işçi kollektivlərinin əsasını məhz bu cür insanlar təşkil edir. Təcrübə də sübut edir ki, peşə təhsilinə yiyələnmədən iqtisadiyyatın müxtəlif sahələrini, o cümlədən sənaye və kənd təsərrüfatını, tikinti və nəqliyyat sektorunu, yüzlərlə məişət xidməti sahələrini inkişaf etdirmək mümkün deyil. Unutmaq olmaz ki, kökü iqtisadi amilə bağlı istənilən sahənin inkişafı ali təhsilli kadrlarla yanaşı, həm də müxtəlif peşə təhsili almış ixtisaslı kadrlardan asılıdır. Bu baxımdan inkişaf etmiş ölkələrdə peşə təhsilinə yönəldilən investisiyaların həcmi ciddi rəqəmlərlə ifadə olunur. Ölkəmizdə də peşə təhsilinin inkişafı özünəməxsus yol keçib. 

Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə atılan addımlar texniki peşə təhsilində ciddi nailiyyətlər qazanılmasına imkan verib, eyni zamanda peşə təhsili şəbəkəsinin genişləndirilməsinə nail olunub. Belə ki, hazır­da muxtar respublikada Naxçıvan, Şərur və Ordubad texniki peşə və sürücülük məktəbləri, Naxçıvan Şəhər Peşə Liseyi, Regional Peşə-Tədris Mərkəzi kimi peşə təhsili verən müəssisələr fəaliyyət göstərir. Bu yazıda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə məktəblərindən bəhs edəcəyik.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına təkan verib. Bu sahədə mütəmadi olaraq həyata keçirilən tədbirlərdən biri də interaktiv dərslərin təşkilidir.

Növbəti belə interaktiv dərs yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında təşkil olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən təşkil edilən növbəti xarici dil kurslarına fevral ayından start veriləcək.

Fonddan “Şərq qapısı” qəzetinə bildirilib ki, kurslarda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Belə ki, iştirakçılar qeydiyyatdan keçdikləri tarixə uyğun olaraq, növbəlilik prinsipi əsasında kurslarda iştirak etmək üçün çağırılırlar. Yeni kurslarda iştirak etmək istəyənlərin qeydiyyatı hər gün iş vaxtı Naxçıvan şəhərindəki Gənclər Mərkəzində aparılır.

Ardını oxu...

Hər dəfə məktəb və təhsil haqqında söhbət açılanda bunların övladlarımızın yaxşı təlim-tərbiyə alıb xoşbəxt gələcəyə qovuşması üçün ən vacib şərtlər olduğunu düşünürük. Bunda haqlıyıq. Çünki təhsil almadan heç kimin müasir cəmiyyətin inkişafına heç bir pillə də yetişməsi mümkün deyildir. Cəmiyyət isə sürətlə inkişaf edir və bu gün 4-cü sinif şagirdlərinin ev tapşırıqlarına baxdıqda bunların ötən əsrin 80-ci illərində 8-ci siniflər üçün verildiyini görürük. Burda isə təəccüblənməməliyik. Çünki bilirik ki, yetkin, savadlı insan yetişdirilməsi dövrlə ayaqlaşmağın tək yoludur. 

İnsan sahib olduğu məhdud fiziki imkanları ilə müqayisədə sonsuz intellektual qabiliyyətə malik olan ali varlıqdır. Yaradanın insana bəxş etdiyi qabiliyyətin cəmiyyətə faydalı olan sərvətə çevrilməsi isə ailədən başlanan, daha sonra müxtəlif pillələrdə davam etdirilən təlim-tərbiyə nəticəsində mümkün olur. Ancaq görürük ki, insanların potensialından artıq dərəcədə yüklənməsi bahasına hansısa nəticə əldə etmək istəyi bəzən arzuedilən deyil, tam əksinə nəticələr də verə bilir. Bunu xüsusən uşaqlarda, formalaşmaqda olan gənc nəsildə daha tez-tez müşahidə edirik. Bəs buna səbəb nədir? Son illər təhsildə görünən bu və bunun kimi problemlər barəsində aparılan diskussiyalar zamanı yetişən gənc nəslin hərtərəfli inkişafdan uzaq, əzbərçilik və hafizə məktəbi yönlü təhsilin təsirlərindən qorunması üçün müxtəlif fikirlər səsləndirilir, təkliflər verilir. Problem ciddidir və ən azından bircə dəfə orta məktəb şagirdlərinin cavab axtardığı çoxminlik test tapşırıqları ilə tanış olan şəxslər, çətin ki, bu vasitə ilə gənc­lərin hərtərəfli biliklərə malik ziyalı olacağına inansınlar. Çünki belə əzbərçiliklə gələcəkdə qarşıya çıxan problemləri sərbəst həll edə bilən hərtərəfli yetişmiş kadrlar əvəzinə, sözün əsl mənasında, robotlaşmış bir insan yetişdirən təhsildən bundan daha yaxşısını gözləmək hələ ki mümkün deyil.

Ardını oxu...

Dünyanın məşhur siyasət xadimləri, uzaqgörən ziyalıları hər bir xalqın, dövlətin tərəqqisini təhsilin inkişafı ilə əlaqələndiriblər, bu sahəyə diqqət və qayğını prioritet vəzifə sayıblar. Ümummilli liderimiz Heydər Əliyev də  təhsil sahəsini strateji sahə hesab edir, onun inkişafına böyük önəm verirdi. Dahi rəhbərin “Təhsil millətin gələcəyidir” kəlamı bu gün hər bir Azərbaycan vətəndaşının beyninə qızıl hərflərlə həkk olunub. Bu gün ümummilli liderin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev parlaq gələcək naminə sağlam gənclik yetişdirmək yolunda böyük işlər görür. Buna yeni tədris ocaqlarının tikilib istifadəyə verilməsi, mövcud məktəb binalarının müasir tələblərə cavab verən arxitektura üslubunda yenidən qurulması, məktəblərin maddi-texniki bazalarının gücləndirilməsi, təhsil müəssisələrinə yüksəkixtisaslı müəllim kadrlarının cəlb edilməsi kimi tədbirləri misal göstərmək olar.

Elə bu ayın 11-də Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbin binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi də sadalanan tədbirlər sırasındadır. Binanın açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi məktəb kollektivinin məsuliyyətini daha da artırıb.

Ardını oxu...

Məlum olduğu kimi, yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə müşavirə keçirilib. Yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən iclasda həmin müşavirədə qarşıya qoyulan vəzifələr müzakirə olunub.

Naxçıvan Dövlət Texniki Kollecində keçirilən iclasda təhsil naziri Məmməd Qəribov çıxış edərək bildirib ki, muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı diqqət mərkəzində saxlanılır. Hazır­da 170-dən çox ümumtəhsil məktəbində hər cür şəraitə malik idman zalları vardır, bütün ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur. 8 şahmat məktəbinin hamısı yeni binalarda fəaliyyət göstərir, şahmatın tədrisi məqsədilə təhsil müəssisələrinə 325 ədəd elektron tədris vəsaiti və 4000-dən çox kitab verilib. Bu gün ümumtəhsil məktəblərində fiziki tərbiyə dərsləri 343 ali, 37 orta ixtisas təhsilli olmaqla, ümumilikdə, 380 ixtisaslı müəllim tərəfindən, şahmat fənni isə sertifikat almış 437 müəllim tərəfindən tədris edilir.

Ardını oxu...

2008-ci ildən başlayaraq respublikamızın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir.

Hazırda IX sinifdə təhsil alanların məzmun standartları üzrə mənimsəmə səviyyələri və bacarıqlarının yoxlanılması yeni qiymətləndirmə vasitələrilə aparılır. Fənn kurikulumlarının tətbiqi ilə bağlı olan bütün bu yeniliklər nəzərə alınaraq, 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası ) yeni model əsasında həyata keçiriləcəkdir.
Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “İstedad – XXI əsr” MMC tərəfindən Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışında buraxılış imtahanının keçirilməsi modelinə uyğun olaraq ölkə üzrə ilk dəfə olaraq test-sınaq imtahanı keçirilib. Naxçıvan şəhərində 14 nömrəli məktəbdə keçirilən sınaq-test imtahanında 17 ümumtəhsil məktəbinin 9-cu sinif şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak ediblər. Muxtar respublikanın rayonlarında da 9-cu siniflər mərkəzləşdirilmiş qaydada sınaq-test imtahanı veriblər.

Ardını oxu...

Ötən il bu sahənin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib

Təhsilin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Paytaxt Naxçıvan şəhərində, rayon mərkəzlərində, ən ucqar dağ və sərhəd yaşayış məntəqələrində yeni məktəb binaları tikilir, mövcud binalar yenidən qurulur, şagirdlərin müasir dövrün tələbləri səviyyəsində təhsil almaları üçün hərtərəfli şərait yaradılır.
Belə ki, yeni tikilən və ya yenidən qurulan təhsil ocaqlarının müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar və idman zalları ilə təmin olunmasına ciddi önəm verilir. Ötən il də muxtar respublikada bu istiqamətdə kompleks quruculuq tədbirləri həyata keçirilib. Şərur rayonunun Oğlanqala kəndində 576, Arbatan kəndində 234, Babək rayonunun Yarımca kəndində 342, Məzrə kəndində 270, Xəlilli kəndində 144, Ordubad rayonunun Baş Dizə kəndində 156, Culfa rayonunun Saltaq kəndində 306, Xanəgah kəndində 198, Gülüstan kəndində 156, Kəngərli rayonunun Şahtaxtı kəndində 594, Yurdçu kəndində 270, Şahbuz rayonunun Daylaqlı kəndində 168 şagird yerlik olmaqla, ümumilikdə, 3414 şagird yerlik 12 məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilib. Bu qayğıdan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyinə, Naxçıvan Dövlət Texniki Kollecinə və Ordubad Texniki Peşə və Sürücülük Məktəbinə də pay düşüb, həmin tədris ocaqlarının şagird, tələbə və müdavimləri yeni binalarda təhsil almaq imkanı qazanıblar. Naxçıvan şəhərində 640 şagird yerlik 3 nömrəli tam orta məktəbdə yenidənqurma işləri başa çatdırılıb.

Ardını oxu...

Son illərdə AMEA Naxçıvan Bölməsində əldə olunan elmi nəticələrin patent­ləşdirilməsi, onların istehsalata tətbiqi istiqamətində məqsədyönlü iş aparılır. AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasında aparılan tədqiqatların bir istiqaməti də Naxçıvanın mordenit seolit ehtiyatlarının tədqiqi, eyni zamanda onun tətbiqi sahələrinin müəyyənləşdirilməsidir.
Son illər Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova seolitlərin tətbiq sahələrindən, onların alınma şəraitindən, habelə sintezindən bəhs edən elmi əsərlər dərc etdirib. Günel Məmmədovanın elmi-tədqiqat işlərinin nəticəsi kimi müxtəlif illərdə Almaniyanın Saarbrüken şəhərində ingilis dilində “Müxtəlif quruluş tipli seolitlərin hidrotermal sintezi” adlı monoqrafiyası və sözügedən şəhərdə rus dilində “Mürəkkəb alümosilikatların termal və hidrotermal çevrilmələri” kitabı nəşr olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında flora biomüxtəlifliyində faydalı bitkilər, xüsusilə müalicəvi təsiri olan 800-ə qədər dərman bitkisi vardır ki, onlardan da 30 növü rəsmi dərman bitkisi olmaqla bərabər, həm də təbii ehtiyatı çoxdur.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları 2003-cü ildən muxtar respublika ərazisinə təşkil edilən ekspedisiyalar vasitəsilə həmin dərman bitkilərinin yayılma zonalarını müəyyənləşdirib, belə bitkilərin tərkibindəki bioaktiv maddələri aşkarlayıb və həmin maddələrin ayrı-ayrı xəstəliklərdə müalicəvi əhəmiyyətlərini öyrəniblər. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi olaraq “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı kitab nəşr edilib. Hal-hazırda institutun bir qrup əməkdaşı gigiyenik qaydada, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanılmış reseptlər əsasında, təqribən, 100-dən çox bitkidən istifadə edərək dərman bitkisi qarışığı hazırlayır. Bu dərmanlar Naxçıvan şəhərində, əhali arasında dərman bitkilərinə tələbat artdıqda isə regionumuzda müxtəlif əczaxanalarda satışa verilib. Kağız paketlərdə satışa verilən və reklamı bir o qədər də gözə çarpmayan dərman paketləri bu günlərdə yeni qutularda satışa çıxarılıb.
Qeyd edək ki, hazırlanan dərman bitkilərinin qarışıqları hələlik 16 adda – ürək və qan-damar sistemi, mədə-bağırsaq, qaraciyər, duzlaşma, şəkər və digər xəstəliklərin müalicəsində istifadə olunur. Paketin üzərində qarışığın tərkibi, istifadə qaydası və istehsal tarixi göstərilməklə yanaşı, həm də həkimlə məsləhətləşmənin vacibliyi bildirilir.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına təkan verib.
2014-cü il iyulun 18-də muxtar respublika Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin distant təhsilin muxtar respublikada tətbiqi üçün müvafiq qurumlara müxtəlif tapşırıqlar verməsi, tapşırıqların uğurlu icrası bu sahədə böyük nailiyyətlər qazanılmasına imkan yaradıb. Bu günə qədər müxtəlif muzeylər və tədris müəssisələri arasında keçilən interaktiv dərslər böyük maraqla qarşılanıb və effektivliyi ilə seçilib.
AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq bu tədris ilinin sonunadək bölmənin elmi əməkdaşları interaktiv dərs keçəcəklər.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” və “Kitabi-Dədə Qorqud” və Naxçıvan:qarşılaşdırmalı etnoqrafik motivlər” adlı monoqrafiyaları milli və mənəvi kimliyimizə dair uzun illər ərzində aparılmış tədqiqatların nəticəsi olmaqla ciddi elmi və eyni zamanda praktik əhəmiyyətə malikdir.
Bu fikri bölmədə yeni mono­qrafiyaların təqdimat mərasimində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev səsləndirib. Heç də təsadüfi deyildir ki, kitabların nəşrindən qısa müddət ötməsinə baxmayaraq, əsərlər maraqla qarşılanıb. Xüsusən “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” adlı monoqrafiyanın ciddi əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyəsi ilə bu əsər “Naxçıvan” Universitetinin Elmi Şurasında Dinşünaslıq ixtisası tələbələri üçün dərslik kimi təsdiq olunub.

Ardını oxu...

Dekabrın 25-də muxtar respublikanın ümumtəhsil məktəblərində oxuyan IX-XI sinif şagirdlərinin bilik və bacarıqlarının yoxlanılması məqsədilə növbəti test-sınaq imtahanı keçirilib.
Şagirdlərin elmin sirlərini mənimsəməsində buraxdıqları nöqsanları müəyyənləşdirmək məqsədi daşıyan test-sınaq imtahanında şagirdlərə dörd qrup üzrə beş fəndən 125 sual olan kitabçalar təqdim edilib. Həmin qruplar üzrə üç fəndən 12 açıqtipli test tapşırığı verilib. V ixtisas qrupunu seçmiş IX sinif şagirdlərinə 2 fənn üzrə (ana dili və riyaziyyat) 60 sual, XI sinif şagirdlərinə isə 3 fənn üzrə (ana dili, riyaziyyat və xarici dil) 90 sual təqdim olunub. Sualların cavablandırılması üçün iştirakçılara 150 dəqiqə vaxt ayrılıb. Muxtar respublikanın bütün ümumtəhsil məktəblərində imtahanlar saat 1000-da başlayıb.
Test-sınaq imtahanlarının nəticələrini şagirdlər onlara verilmiş iş nömrəsi vasitəsilə www.istedad21.com saytından öyrənə bilərlər.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin 2016-cı ildə nəşr olunan “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabının “Naxçıvan” Universitetinin Dinşünaslıq ixtisasına dərs vəsaiti kimi tövsiyə edilməsi ilə bağlı “Naxçıvan” Universitetinin Elmi Şurasının iclası keçirilib.
Şura iclasını universitetin rektoru İsmayıl Əliyev açıb. Bildirib ki, müstəqillik illərində ali məktəblərdə tədrisi zəruri sayılan bir sıra ixtisasların dərindən öyrədilməsi bu gün qarşıda duran vəzifələrdəndir. Universitetimizdə Dinşünaslıq ixtisasının açılması bu sahədə mütəxəssis hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır. Təbii ki, bunun üçün dərs vəsaitlərinə böyük ehtiyac var. AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı bu cəhətdən üstün məziyyətləri ilə diqqəti çəkir. Müəllifin uzunillik zəhməti əsasında ərsəyə gəlmiş kitab insan və onun yaradılışı, insan və cəmiyyət, insan və dünya və digər məsələlərə aydınlıq gətirmək baxımından faydalı vəsaitdir.

Ardını oxu...

Adətən, müxtəlif  kitablarla bağlı yazılarıma “bu yaxınlarda filan alimin filan kitabı nəşr edilib”, – deyə başlayıram. Amma bəzi kitablarda bunu yazmaq əlimdən gəlmir. Bu, o zaman baş verir ki, haqqında bəhs etdiyim kitabın məzmunu mahiyyətindən daha böyük olur. O, əsərin nəşri deyil, məzmununun özü hadisəyə çevrilir. 

Qadir müəllim haqqında yazdığım kiçik qeydlərimdən biri belədir: “Allahının qulu, sözünün ağası olan Hacıqadir Qədirzadəyə”. Həqiqətən də, tanıdığım müddətdə ondan gördüyüm yalnız və yalnız bu olub: yaranmışı Yaradandan ötrü sevmək. İnsanın özünün seçmədiyi, Allahın ona istədiyi kimi bəxş etdiyi nəsnələrə görə kimsəni ittiham etməmək. Yaradana qul, deyəcəyi sözə isə hakim olmaq. Elə “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” adlı yeni monoqrafiya da məhz bu düşüncənin işığında yazılıb.
Əslində, sonunu dərk etmiş insanın dünya və insan məsələsinə müdrik baxışının nəticəsidir bu əsər. Burda çətin olan əsəri yazmaq deyil, fövqəladə cəsarət və iradə tələb edən “sonu dərk etmək” hissəsidir. Çünki bizim ən böyük problemlərimizdən biri bəzi hallarda dərk etmədən öncə yazmaq istəməyimizdir. Sözün dəyərini bilən, sözünün haqqını verən, sözünün ağası olan insanlar üçün isə bu, mümkün deyil. Dərk etmədən yazmaq sözə xəyanətdir, söz isə Yaradanın insana ən böyük əmanətidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində və məktəbdənkənar tərbiyə müəssisələrində Naxçıvan təbiətinin öyrənilməsi, təbiətə qayğı ilə yanaşılması və ekoloji məsələlərə münasibətin formalaşdırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Ardını oxu...

Babək Rayon Təhsil Şöbəsi tərəfindən bu il noyabrın 27-də rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən test-sınaq imtahanında yüksək göstəricilər əldə etmiş şagirdlərin mükafatlandırılması mərasimi keçirilib. 

Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri Ovni Muradov çıxış edərək muxtar respublikada, eləcə də Babək rayonunda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışaraq bildirib ki, ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin yüksək nəticə göstərməsində test-sınaq imtahanlarının böyük rolu vardır. Ona görə də rayonun təhsil müəssisələrində bu imtahanların keçirilməsinə ciddi diqqət yetirilir, şəffaflıq təmin edilir.
Sonra şöbənin metodkabinetinin müdiri Əbdüləli Mirzəyev test-sınaq imtahanlarının nəticələri haqda məlumat verib. O bildirib ki, imtahanlarda şagirdlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradılıb. IX-XI sinif şagirdləri arasında keçirilən test-sınaq imtahanında 38 şagird 400-700, həmçinin 16 şagird 500-700 intervalında bal toplayıb. Ötən illə müqayisədə bir daha görmək olar ki, nəticələr ilbəil yaxşılaşmaqdadır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR