23 Dekabr 2024, Bazar ertəsi

 AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin elmi işçisi Leyla Səfərovanın “Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixi” adlı mono­qrafiyası işıq üzü görüb.

Bölmənin rəyasət heyətinin qərarı ilə çap olunan kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Fikrət Cahangirov, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və filologiya üzrə elmlər doktoru, professor Adil Babayevdir.
Monoqrafiyada ölkəmizdə günümüzədək ali məktəblər üçün yazılan dərslik və dərs vəsaitlərində, eləcə də tədqiqat işlərində ingilis dilinin qrammatikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar geniş şəkildə öz əksini tapıb.

Tədqiqat əsərində müəllif ilk dəfə olaraq Azərbaycanda ingilis dili qrammatikasının azərbaycanlı dilçilər tərəfindən necə və hansı prinsiplər əsasında yerinə yetirilməsini araşdırır. Eyni zamanda ölkə­mizdə ingilis dilinin tədrisi tarixi, qrammatikasının tədqiqinin təşəkkülündə rolu olan dilçilərin fəaliyyətini xronoloji ardıcıllıqla tədqiq edir, o cümlədən Azərbaycanda mövcud olan və uzun illər istifadə edilən keçmiş sovet müəlliflərinin, bəzi dünya dilçilərinin kitablarındakı dil faktları ilə qarşılaşdıraraq müqayisələr aparır.
Yeni nəşr magistrlər, doktorantlar, həmçinin ingilis dilinin nəzəri problemləri ilə məşğul olan hər bir kəs üçün nəzərdə tutulub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR