23 Dekabr 2024, Bazar ertəsi

2008-ci ildən başlayaraq respublikamızın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir.

Hazırda IX sinifdə təhsil alanların məzmun standartları üzrə mənimsəmə səviyyələri və bacarıqlarının yoxlanılması yeni qiymətləndirmə vasitələrilə aparılır. Fənn kurikulumlarının tətbiqi ilə bağlı olan bütün bu yeniliklər nəzərə alınaraq, 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası ) yeni model əsasında həyata keçiriləcəkdir.
Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “İstedad – XXI əsr” MMC tərəfindən Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışında buraxılış imtahanının keçirilməsi modelinə uyğun olaraq ölkə üzrə ilk dəfə olaraq test-sınaq imtahanı keçirilib. Naxçıvan şəhərində 14 nömrəli məktəbdə keçirilən sınaq-test imtahanında 17 ümumtəhsil məktəbinin 9-cu sinif şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak ediblər. Muxtar respublikanın rayonlarında da 9-cu siniflər mərkəzləşdirilmiş qaydada sınaq-test imtahanı veriblər.

Muxtar respublikamızda keçirilən bu sınaq imtahanları buraxılış imtahanlarına uyğun formalaşdırılıb. Şagirdlərə buraxılış imtahanlarının keçirilmə qaydalarını aşılamaq üçün onlara ayrılmış 2 saat 30 dəqiqə ərzində Azərbaycan dilindən 10 açıqtipli, yəni cavab variant verilməyən, doğru cavabın yazı ilə ifadə olunması tələb edilən test tapşı­rığı, 10 qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilməsi tələb edilən test tapşırığı, riyaziyyat fənnindən 10 açıqtipli olmaqla, ümumilikdə, 30 test tapşırığı təqdim edilib. Eyni zamanda könüllülük əsasında inşa (esse) yazmaq üçün şagirdlərə mövzular təqdim olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR