23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında flora biomüxtəlifliyində faydalı bitkilər, xüsusilə müalicəvi təsiri olan 800-ə qədər dərman bitkisi vardır ki, onlardan da 30 növü rəsmi dərman bitkisi olmaqla bərabər, həm də təbii ehtiyatı çoxdur.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları 2003-cü ildən muxtar respublika ərazisinə təşkil edilən ekspedisiyalar vasitəsilə həmin dərman bitkilərinin yayılma zonalarını müəyyənləşdirib, belə bitkilərin tərkibindəki bioaktiv maddələri aşkarlayıb və həmin maddələrin ayrı-ayrı xəstəliklərdə müalicəvi əhəmiyyətlərini öyrəniblər. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi olaraq “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı kitab nəşr edilib. Hal-hazırda institutun bir qrup əməkdaşı gigiyenik qaydada, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanılmış reseptlər əsasında, təqribən, 100-dən çox bitkidən istifadə edərək dərman bitkisi qarışığı hazırlayır. Bu dərmanlar Naxçıvan şəhərində, əhali arasında dərman bitkilərinə tələbat artdıqda isə regionumuzda müxtəlif əczaxanalarda satışa verilib. Kağız paketlərdə satışa verilən və reklamı bir o qədər də gözə çarpmayan dərman paketləri bu günlərdə yeni qutularda satışa çıxarılıb.
Qeyd edək ki, hazırlanan dərman bitkilərinin qarışıqları hələlik 16 adda – ürək və qan-damar sistemi, mədə-bağırsaq, qaraciyər, duzlaşma, şəkər və digər xəstəliklərin müalicəsində istifadə olunur. Paketin üzərində qarışığın tərkibi, istifadə qaydası və istehsal tarixi göstərilməklə yanaşı, həm də həkimlə məsləhətləşmənin vacibliyi bildirilir.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR