23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində universitetin 50 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 yanvar 2017-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamı ali təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirib.
Muxtar respublikada bütün sahələrə, o cümlədən dəqiq fənlərin inkişafına göstərilən diqqətdən danışan rektor universitetdə fizika, biologiya və kimya fənlərinin mükəmməl tədrisi üçün maddi-texniki bazanın mövcud olduğunu, yeni avadanlıqların alınaraq kabinə və laboratoriyalara verildiyini bildirib.

Ali təhsil ocağının İnformatika kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Salmanov “Müasir təhsil sistemində “Visual Basic” proqramlaşdırma dilinin rolu” adlı təqdimatında bildirib ki, ötən illər ərzində böyük inkişaf yolu keçən Naxçıvan Dövlət Universitetində təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyaları mühüm rol oynayıb. Bu gün dünyanın bir sıra ali təhsil müəssisələrində olduğu kimi, Naxçıvan Dövlət Universitetində də “Visual Basic” proqramlaşdırma dilindən istifadə olunur.
Daha sonra Vüqar Salmanov slayd vasitəsilə pro­qramlaşdırma dilindən istifadə qaydaları, imkanları və üstünlükləri haqqında tədbir iştirakçılarına məlumat verib.
“Naxçıvan Dövlət Universiteti mənim həyatımda” adlı məruzə ilə çıxış edən Riyazi analiz kafedrasının müdiri, dosent Elşad Ağayev universitetin yaranma tarixi, inkişaf yolu və universitetdəki fəaliyyəti haqqında danışıb.
Sonda universitetin tarixinə aid fotoslayd nümayiş olunub.

Nərmin Cabbarova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR