23 Dekabr 2024, Bazar ertəsi

Culfa rayonunda təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib. Tədbiri Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev açıb.
Culfa Rayon Təhsil Şöbəsinin müdiri Adəm Qasımov muxtar respublikada təhsilə göstərilən qayğıdan danışıb. Vurğulanıb ki, rayonun ümumtəhsil məktəblərinə 74 ədəd elektron lövhə, 440 ədəd kompüter dəsti və 121 ədəd printer verilib, 36 kompüter otağı yaradılıb. Kompüterlər internet şəbəkəsinə qoşulub.
Təhsil Şöbəsi tərəfindən dərs ilini müvəffəqiyyətlə başa çatdırmaq və buraxılış imtahanlarında yüksək nəticələr əldə etmək üçün IX-XI siniflərdə yoxlama test-sınaq imtahanları keçirilib və nəticələr məktəb direktorlarının iştirakı ilə müzakirə olunub. Bildirilib ki, təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsi, fiziki tərbiyə, hərbi hazırlıq fənlərinin tədrisi diqqətdə saxlanılır, məktəblilərin istedad və bacarığının aşkarlanması, onların asudə vaxtlarının səmərəli təşkili üçün ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində müxtəlif tədbirlər keçirilir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək bildirib ki, Culfa rayonunda da təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Təkcə 2016-cı ildə Saltaq kəndində 306, Gülüstan kəndində 156 şagird yerlik yeni məktəb binaları tikilib. Xanəgah kəndində 198 şagird yerlik məktəb binası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib. Hazırda rayonda fəaliyyət göstərən 26 məktəbdən 22-nin binası yenidən tikilib və ya təmir olunub.

2015-2016-cı tədris ilində rayon məktəblərinin 398 məzunundan 156 nəfəri ali məktəblərin, 19 nəfəri orta ixtisas məktəblərinin tələbəsi adını qazanıb. Ali məktəblərə qəbul olunan məzunlardan 35-i 500-700 intervalında bal toplayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın icrası ilə bağlı 2015-2016-cı tədris ilində rayonda sağlamlıq imkanları məhdud 7 uşaq tam orta məktəblərin birinci sinfinə cəlb edilib.
Rayon İcra Hakimiyyətinin başçısı diqqəti yol verilmiş nöqsanlara yönəldərək deyib ki, təhsil sisteminə göstərilən dövlət qayğısına baxmayaraq, rayonun ümumtəhsil müəssisələrinin fəaliyyətində hələ də bir sıra nöqsan və problemlər qalmaqdadır. Belə ki, yeni məktəb binalarının tikilməsinə, onların müasir informasiya texnologiyaları ilə təmin olunmasına, təhsil müəssisələrində yüksək tədris şəraitinin yaradılmasına baxmayaraq, hələ də bəzi təhsil müəssisələrinin fəaliyyəti qənaətbəxş deyil.
Təhsil müəssisələrinin yerləşdikləri binaların və avadanlıqların qorunması diqqətdə saxlanılmalıdır, – deyən İcra Hakimiyyətinin başçısı bildirib ki, verilən tapşırıqları, qarşıya qoyulan vəzifələri rəhbər tutaraq rayonun təhsil sisteminin hərtərəfli inkişafı üçün bütün imkanlardan maksimum istifadə edərək mövcud nöqsanları aradan qaldırmalı, 2016-2017-ci tədris ilində əzmlə və məsuliyyətlə çalışıb ili yüksək nailiyyətlərlə başa vurmalı, təhsilimizin inkişafına öz töhfəmizi verməliyik.

Hüseyn Şəkərəliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR