23 Dekabr 2024, Bazar ertəsi

Cari ildə həmin imtahanlar bu qaydalar əsasında aparılacaq

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən aldığımız məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları” təsdiq edilib. Dəyişikliklərə əsasən, cari tədris ilində IX siniflər üzrə buraxılış imtahanları 2 mərhələdə keçiriləcək.
İmtahanın I mərhələsi 12 mart 2017-ci il tarixdə saat 1100-da başlayacaq. Şagirdlərə Azərbaycan dili üzrə 20 (10 açıq və 10 qapalı test), riyaziyyat fənni üzrə 10 (açıq test) olmaqla, 30 sual təqdim ediləcək. Sualların cavablandırılması üçün şagirdlərə 2 saat, esse (inşa) yazmaq istəyən şagirdlər üçün isə əlavə 30 dəqiqə vaxt veriləcək. Saat 900-dan etibarən şagirdlərin imtahanın keçiriləcəyi binalara buraxılışı başlayacaq.

Məlumatda deyilir ki, Naxçıvan Muxtar Respublikasında imtahanların şəffaf və obyektiv keçirilməsi üçün Naxçıvan şəhəri, Şərur, Babək və Ordubad rayonlarının hər birində 2, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarının hər birində 1 olmaqla, 12 imtahan mərkəzi yaradılıb. Bu mərkəzlərdə, ümumilikdə, 3707 şagird imtahan verəcək. İmtahan mərkəzlərində hazırlıq işləri yekunlaşdırılıb, əvvəlcədən verilən qrafik əsasında mərkəzlər üzrə imtahan otaqları hazır­lanıb və nömrələnib.
Naxçıvan şəhəri üzrə imtahan mərkəzləri 7 və 14 nömrəli tam orta məktəblərdə təşkil olunub. Bu məktəblərdə müvafiq olaraq 480 və 573 şagird imtahan verəcək.
Şərur rayonunda IX sinif şagirdləri öz bilik və bacarıqlarını Şərur şəhər 1 nömrəli və Zeyvə kənd tam orta məktəblərində sınayacaqlar. Şərur şəhərindəki 1 nömrəli tam orta məktəbdə keçiriləcək imtahanda 398, Zeyvə kənd tam orta məktəbində keçiriləcək imtahanda 345 şagird iştirak edəcək.
Babək rayonu üzrə yaradılmış imtahan mərkəzləri Babək qəsəbə 1 nömrəli və Şıxmahmud kənd tam orta məktəblərindədir. Qəsəbə mərkəzindəki məktəbdə 365, Şıxmahmud kənd tam orta məktəbində 233 şagirdin imtahan verməsi nəzərdə tutulub.
Ordubad rayonu üzrə imtahan mərkəzlərinin biri Ordubad şəhər internat (305 şagird), digəri Sabirkənd tam orta məktəblərindədir (120 şagird).
Culfa rayonu üzrə 414 şagird Culfa şəhər 3 nömrəli, Şahbuz rayonu üzrə 159 şagird Şahbuz şəhər 1 nömrəli, Kəngərli rayonu üzrə 226 şagird Qıvraq qəsəbə, Sədərək rayonu üzrə 89 şagird Heydərabad qəsəbə tam orta məktəblərində imtahan verəcəklər.
Məlumatda o da bildirilir ki, ümumtəhsil məktəblərində imtahana hazırlıq işləri çərçivəsində imtahan guşələri yaradılıb və şagirdlər yeniliklərlə tanış ediliblər. Hər bir şagirdin imtahana buraxılması üçün Dövlət İmtahan Mərkəzinin “Şagird-məzun” sistemində buraxılış vərəqələri çap edilərək şagirdlərə təqdim olunub. Bundan əlavə, ümumtəhsil məktəblərinin direktorları tərəfindən hər bir şagird üçün məktəbdə oxuduqlarına dair şəkilli arayışlar hazırlanıb.
Şagirdlər imtahana gedərkən şəxsiyyət vəsiqələrini, məktəb tərəfindən verilmiş şəkilli arayışları və imtahana buraxılış vərəqələrini özləri ilə aparmalıdırlar. İmtahana mobil telefon, digər rabitə vasitələri, kalkulyator və elektron cihazlar, konspekt, lüğət, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qəti qadağandır.
Buraxılış imtahanlarının II mərhələsi əvvəlcədən müəyyən olunmuş vaxtda keçiriləcək. II mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30 qapalı, ümumilikdə, 60 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük prinsipi əsasında esse (inşa) yazacaqlar.


Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR