23 Dekabr 2024, Bazar ertəsi

Babək Rayon Təhsil Şöbəsi tərəfindən bu il noyabrın 27-də rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən test-sınaq imtahanında yüksək göstəricilər əldə etmiş şagirdlərin mükafatlandırılması mərasimi keçirilib. 

Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri Ovni Muradov çıxış edərək muxtar respublikada, eləcə də Babək rayonunda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışaraq bildirib ki, ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin yüksək nəticə göstərməsində test-sınaq imtahanlarının böyük rolu vardır. Ona görə də rayonun təhsil müəssisələrində bu imtahanların keçirilməsinə ciddi diqqət yetirilir, şəffaflıq təmin edilir.
Sonra şöbənin metodkabinetinin müdiri Əbdüləli Mirzəyev test-sınaq imtahanlarının nəticələri haqda məlumat verib. O bildirib ki, imtahanlarda şagirdlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradılıb. IX-XI sinif şagirdləri arasında keçirilən test-sınaq imtahanında 38 şagird 400-700, həmçinin 16 şagird 500-700 intervalında bal toplayıb. Ötən illə müqayisədə bir daha görmək olar ki, nəticələr ilbəil yaxşılaşmaqdadır.

Sonra test-sınaq imtahanında yüksək nəticə göstərən şagirdlərə hədiyyələr və diplomlar təqdim edilib.
Qeyd edək ki, muxtar respublikamızda, eləcə də Babək rayonunda yaradılmış yüksək təhsil mühiti ilbəil uğurlu nəticələrin əldə olunmasına imkan verir. Bu nəticələrin daha da yüksəldilməsi, şagirdlərin elmlərə marağının artırılması, onlar arasında sağlam rəqabətin formalaşdırılması məqsədilə ilboyu test-sınaq imtahanları təşkil edilir və müəyyən olunan nöqsanların aradan qaldırılması üçün nəticələrin müzakirəsi təşkil olunur. Sınaq imtahanları şagirdlər üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, bu imtahanlar şagirdlərə proqram materialları üzrə öz bilik səviyyəsini yoxlamağa imkan verir, onların testlərlə işləmək vərdişlərini artırır. Bundan başqa, bu qəbildən imtahanlar şagirdlərin test imtahanlarının texnologiyası ilə tanış olmalarına imkan yaradır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirir, imtahana psixoloji cəhətdən hazır­laşmalarına kömək edir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR