23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan” Universitetində bu ali təhsil ocağının professor-müəllim heyətinin 2016-cı ildə yerinə yetirdikləri elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Konfransın plenar iclasını giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, elmi-texniki potensialın, tədqiqatçıların təkrar istehsalını təmin edən elm və təhsil strukturlarının bir-biri ilə qarşılıqlı əlaqəsi, təhsilin elmlə sintezi olmadan müasir təhsil inkişaf edə bilməz. Bu proses eyni zamanda ali məktəblərin pedaqoji potensialını inkişaf etdirməyə, tədris proqram və kursların məzmununu, təhsil texnologiyalarını və metodlarını yeniləşdirməyə imkan verir.

Rektor son illər ali təhsil ocağında həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, təhsilin keyfiyyətində əldə olunmuş nailiyyətlərlə yanaşı, “Naxçıvan” Universitetində elm sahəsində də müsbət dəyişikliklər baş verib. Belə ki, son dövrlərdə elmi-tədqiqat işlərinin aktuallığına, yeniliyinə, praktik əhəmiyyətinə xüsusi önəm verilib, onların nəticələri tədris prosesində geniş tətbiq olunub.
Sonra universitetin İqtisadiyyat kafedrasının dosenti Əli Cabbarovun “Turizm marşrutları və turizm xidmətlərində onların əhəmiyyəti”, Xarici dillər kafedrasının müdiri Anara Nəsirlinin “İngilis ədəbiyyatında XIX əsr ədəbiyyatının mahiyyəti və əhatə etdiyi dövrlər tədqiqat obyekti kimi”, professor Sədaqət Həsənovanın “Əbülfəz Muxtaroğlunun dil, üslub xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib.
Konfrans öz işini “Riyaziyyat və informatika”, “Xarici dillər”, “İdarəetmə”, “Təbiət elmləri”, “İqtisadiyyat”, “Pedaqogika və psixologiya”, “Ümumi tarix”, “Azərbaycan dili və ədəbiyyat” bölmələri üzrə davam etdirib.


Nuray Əsgərova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR