23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində və məktəbdənkənar tərbiyə müəssisələrində Naxçıvan təbiətinin öyrənilməsi, təbiətə qayğı ilə yanaşılması və ekoloji məsələlərə münasibətin formalaşdırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

 

Bu tədbirlərin davamı olaraq Naxçıvan Dövlət Texniki Kollecində gənc nəslin ekoloji biliklərinin artırılması məqsədilə sərgi-seminar təşkil olunub.
Seminarı kollecin direktoru Asəf Ruşanov açaraq bildirib ki, təbiəti qorumaq və ekoloji məsələlərə tələbələrin diqqətini artırmaq üçün, ilk növbədə, onlara təbiət elmlərini yaxşı öyrətməli və sevdirməliyik. Təbiəti qorumaq bizim vətəndaşlıq borcumuz olduğu üçün elə bu bilikləri də vətəndaş kimi formalaşdığımız təhsil müəssisələrində öyrənməliyik.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Elçin Kazım­ov və Hicran Abışov çıxışlarında bildiriblər ki, bu gün ölkəmizdə və muxtar respublikamızda təbiətin qorunması və əlverişli ekoloji mühitin yaradılması, ən əsası vətəndaşlarımızın ekoloji təhlükəsiz yaşamasının təmin edilməsi üçün bütün tədbirlər görülür. Buna görə də çalışmalıyıq ki, ana təbiətin qorunmasında, ekologiya və ətraf mühitin mühafizəsində layiqincə iştirak edək.
Sonra tələbələr muxtar respublikanın bitki və heyvanat aləminə həsr olunmuş sənədli filmə və sərgiyə baxıblar.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR