23 Dekabr 2024, Bazar ertəsi

Dövlət İmtahan Mərkəzi tərəfindən martın 12-də ölkəmizin 33 rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi, 23 rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün isə buraxılış imtahanı keçirilib. Həmin gün respublika üzrə, ümumilikdə, 37 min 230 şagird imtahan verib.
Bu imtahanda iştirak edən şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 5-dən əldə ediblər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunub. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb.
Ümumtəhsil məktəblərində imtahana hazırlıq işləri çərçivəsində imtahan guşələri yaradılıb və şagirdlər yeniliklərlə tanış ediliblər. Hər bir şagirdin imtahana buraxılması üçün Dövlət İmtahan Mərkəzinin “Şagird-məzun” sistemində buraxılış vərəqələri çap edilərək şagirdlərə təqdim olunub. Bundan əlavə, ümumtəhsil məktəblərinin direktorları tərəfindən hər bir şagird üçün məktəbdə oxuduqlarına dair şəkilli arayışlar hazırlanıb.

Naxçıvan Muxtar Respublikasında imtahanların şəffaf və obyektiv keçirilməsi üçün Naxçıvan şəhəri, Şərur, Babək və Ordubad rayonlarının hər birində 2, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarının hər birində 1 olmaqla, 12 imtahan mərkəzi yaradılıb. Bu mərkəzlərdə, ümumilikdə, 3 min 707 şagird imtahan verib.
Naxçıvan şəhəri üzrə imtahan mərkəzləri 7 və 14 nömrəli tam orta məktəblərdə təşkil olunub. Bu məktəblərdə müvafiq olaraq 480 və 573 şagird imtahan verib.
Şərur rayonunda IX sinif şagirdləri öz bilik və bacarıqlarını Şərur şəhər 1 nömrəli və Zeyvə kənd tam orta məktəblərində sınayıblar. Şərur şəhərindəki 1 nömrəli tam orta məktəbdə keçirilən imtahanda 398, Zeyvə kənd tam orta məktəbində keçirilən imtahanda 345 şagird iştirak edib.
Babək rayonu üzrə yaradılmış imtahan mərkəzləri Babək qəsəbə 1 nömrəli və Şıxmahmud kənd tam orta məktəblərində olub. Qəsəbə mərkəzindəki məktəbdə 365, Şıxmahmud kənd tam orta məktəbində 233 şagird imtahan verib.
Ordubad rayonu üzrə imtahan mərkəzlərinin biri Ordubad şəhər internat (305 şagird), digəri Sabirkənd tam orta məktəblərində (120 şagird) yaradılıb.
Culfa rayonu üzrə 414 şagird Culfa şəhər 3 nömrəli, Şahbuz rayonu üzrə 159 şagird Şahbuz şəhər 1 nömrəli, Kəngərli rayonu üzrə 226 şagird Qıvraq qəsəbə, Sədərək rayonu üzrə 89 şagird Heydərabad qəsəbə tam orta məktəblərində imtahan veriblər.
Muxtar respublikada keçirilən imtahanların idarə olunmasına, ümumilikdə, 25 imtahan rəhbəri, 12 ümumi rəhbər, 332 nəzarətçi-müəllim ayrılıb.

Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR