Xocalı soyqırımı xalqımıza qarşı bir neçə əsr əvvəl başlanan və həyata keçirilən erməni təcavüzünün davamı və tərkib hissəsidir. Həmin faciənin törədilməsi ilə yüzlərlə soydaşımız qətlə yetirilib, işgəncələrə məruz qalıb. Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmayıb, sonadək vuruşaraq Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstəriblər.
Dünən muxtar respublikamızın ali, orta ixtisas və ümumtəhsil məktəblərində, Heydər Əliyev adına Hərbi Liseydə Xocalı soyqırımına həsr olunmuş bir dərs saatında həmin qanlı faciə bir daha xatırlanıb, dərslərdə Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsindən ətraflı bəhs olunub, bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Xəbərlər şöbəsi