23 Dekabr 2024, Bazar ertəsi

Son illərdə AMEA Naxçıvan Bölməsində əldə olunan elmi nəticələrin patent­ləşdirilməsi, onların istehsalata tətbiqi istiqamətində məqsədyönlü iş aparılır. AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasında aparılan tədqiqatların bir istiqaməti də Naxçıvanın mordenit seolit ehtiyatlarının tədqiqi, eyni zamanda onun tətbiqi sahələrinin müəyyənləşdirilməsidir.
Son illər Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova seolitlərin tətbiq sahələrindən, onların alınma şəraitindən, habelə sintezindən bəhs edən elmi əsərlər dərc etdirib. Günel Məmmədovanın elmi-tədqiqat işlərinin nəticəsi kimi müxtəlif illərdə Almaniyanın Saarbrüken şəhərində ingilis dilində “Müxtəlif quruluş tipli seolitlərin hidrotermal sintezi” adlı monoqrafiyası və sözügedən şəhərdə rus dilində “Mürəkkəb alümosilikatların termal və hidrotermal çevrilmələri” kitabı nəşr olunub.

Bu günlərdə daha bir elmi-tədqiqat işinin nəticəsi olaraq gənc alim Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən ixtiralarına görə iki patentə layiq görülüb. Qeyd edək ki, “Erionit tipli seolitin alınma üsulu” və “Tomsonit tipli seolitin alınma üsulu” adlı hər iki patentdə adıçəkilən seolitlər yerli xammal əsasında alınıb. İlkin maddə kimi Naxçıvan Muxtar Respublikasında böyük yatağı olan dolomitdən və gil mineralı qalluazitdən istifadə olunub. Alınmış seolit nümunələri fiziki-kimyəvi analiz metodları ilə tədqiq edilib. Müəyyən olunub ki, yerli xammal əsasında aparılan kristallaşma prosesi mülayim şəraitdə və tez bir zamanda gerçəkləşir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR