23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə Naxçıvan şəhər ümumtəhsil müəssisələrini əhatə edən respublika fənn olimpiadasının final mərhələsi keçirilib.
9-11-ci sinif şagirdlərinin cəlb olunduğu və üç mərhələni əhatə edən respublika fənn olimpiadasının fevral ayının 4-də keçirilmiş birinci rayon-şəhər mərhələsində muxtar respublikadan 700 şagird, aprel ayının 7-də keçirilmiş yarım­final turunda isə 226 şagird iştirak edib.
41 şagirdin iştirak etdiyi üçüncü – final mərhələsi 8 fənn üzrə keçirilib. Şagirdlərə ayrı-ayrı fənlər üzrə açıqtipli suallar təqdim edilib. Sualların cavablandırılmasına 2-4 saat vaxt ayrılıb. Hər bir fənn üzrə sualların 70 faizinə düzgün cavab yazan şagird mərhələni keçmiş hesab olunur.
Onu da qeyd edək ki, olimpiadalar­ın respublika mərhələsinin final turunun qalibləri respublika təşkilat komitəsi tərəfindən qızıl və gümüş medallar, diplom, tərifnamə, qiymətli hədiyyələr ilə təltif olunacaq, digər şagirdlərə isə sertifikat təqdim ediləcək. Həmçinin hər fənn üzrə olimpia­daların ən uğurlu şagirdi seçilərək “Birincilərin birincisi” nominasiyası ilə təltif olunacaq.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR