Sədərək Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə Heydərabad qəsəbə tam orta məktəbində “Sosial şəbəkələrin müsbət və mənfi təsirləri” mövzusunda açıq dərs təşkil edilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev və Heydərabad qəsəbə tam orta məktəbinin müəllimi Zakir Zamanov tədbirdə çıxış edərək sosial şəbəkələrin yeniyetmə və gənclərə təsirləri barədə danışıblar. Sonra idarənin əməkdaşı Fizuli Məhəmməd bildirib ki, sosial şəbəkələrin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rolu vardır. Bu gün gənclər muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin tanıdılmasında sosial şəbəkələrdən geniş istifadə edirlər. Bununla belə, unutmaq olmaz ki, sosial şəbəkələr həm də mənfi təsirlər də göstərə bilər. Ona görə də gənclər diqqətli olmalı, bu məsələdə aludəçiliyə yol verməməlidirlər.
Ceyhun MƏMMƏDOV