“Gənclik” Mərkəzində Naxçıvan şəhərinin 2018-ci ildə Gənclər Paytaxtı olması ilə əlaqədar hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən “Milli musiqilərimiz gənclərin səsi ilə” devizi altında Naxçıvan Musiqi Kollecinin gənc ifaçılarının konsert proqramı təşkil edilib.
Konsertdə bir-birindən rəngarəng xalq və bəstəkar mahnıları səsləndirilib. Tədbirdə muxtar respublikada təhsil alan əcnəbi tələbələr, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əsgərləri olmaqla, ümumilikdə, 410 gənc iştirak edib.
Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət nazirlikləri, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Ceyhun MƏMMƏDOV