23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində “Azərbaycan folklorunda Novruz” mövzusunda elmi-nəzəri seminar keçirilib.
Seminarı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bayram münasibətilə müəllim və tələbələri təbrik edib, milli-mənəvi dəyərlərimiz və onlar içərisində xüsusi yeri olan Novruz bayramı haqqında danışıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsünün nəticəsi olaraq ölkəmizdə illərdir Novruz bayramı geniş şəkildə – rəsmi dövlət bayramı kimi qeyd edilir.
“Naxçıvan folkloru və Novruz adət-ənənələri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemətova bayramın xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışaraq bildirib ki, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edib, milli adət-ənənələri öz qəlbində yaşadıb.
“Folklorda Novruz çərşənbələri” mövzusunda çıxış edən filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Novruz bayramının atributlarından sayılan çərşənbələrdən danışıb.
Bildirib ki, kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrüdür. Xalq arasında bu aya bayram ayı da deyilir. Azərbaycanın ən qədim yaşayış məskəni olan Naxçıvanda çərşənbələr su-torpaq-yel-od ardıcıllığı ilə qeyd edilir.
Elmi-nəzəri seminar diskussiya şəklində davam edib. Sonda Tarix-­filologiya fakültəsi tələbələrinin Novruz bayramı münasibətilə səsləndirdikləri şeirlər dinlənilib.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR