Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq AMEA Naxçıvan Bölməsi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda interaktiv dərs keçilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçilən növbəti açıq dərsi bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov aparıb. O bildirib ki, ermənilərin Naxçıvanda qətliamlar törətməsinə Andranik Ozanyan, Dro, Njde, Doluxanov və digər cəlladlar başçılıq ediblər. Təkcə Andranikin dəstəsi 4 min piyada, 2 min süvaridən ibarət olub. Dəstə Naxçıvan şəhərində, o cümlədən Babək, Sədərək, Şahbuz, Culfa rayonlarında və digər yaşayış məntəqələrində vəhşiliklər törədib.
Yaşar Rəhimov uzun müddət Nаxçıvаnı işğal etməyə cəhd göstərən еrməni dаşnаklаrının bu xülyаlаrını rеаllаşdırа bilmədiklərini, məğlub olaraq geri çəkildiklərini vurğulayıb. Bildirib ki, bölgə əhаlisi çətinliklərə, təqiblərə, müsibətlərə sinə gərərək еrməni silаhlı quldur dəstələrinə lаyiqli cаvаb vеriblər.
Şagirdlərin diqqətinə çatdırılıb ki, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı onun milli tarixi yaddaşımızın bərpası, faciəyə siyasi-hüquqi qiymət verilməsi baxımından mühüm xidmətlərindən biridir.
Vurğulanıb ki, bununla yanaşı, Prezident cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci ildə imzaladığı Sərəncam Azərbaycan xalqının başına gətirilən soyqırımı cinayətlərinin mahiyyətinin açılması və pərdəarxası məqamların araşdırılaraq təhlil edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Açıq dərs muxtar respublikanın 210 ümumtəhsil məktəbində izlənilib.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi