23 Dekabr 2024, Bazar ertəsi

Dövlət İmtahan Mərkəzi mayın 20-də 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəs­sisələrinə I və IV ixtisas qrupları üzrə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanını keçirib.
Respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə, 62 binada aparılan imtahanların idarə olunmasına 229 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2603 nəzarətçi-müəllim cəlb edilib. Abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, binaların girişində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metalaxtaran aparat”lar quraşdırılıb.
Məlumat üçün bildirək ki, imtahanda 33 min 139 abituriyent iştirak edib. Onlardan 28 min 55 abituriyent I, 5084 abituriyent isə IV qrup üzrə imtahan verib. Abituriyentlərin 30 min 356 nəfəri Azərbaycan bölməsinin, 2783 nəfəri isə rus bölməsinin məzunlarıdır. Onlardan 20 min 108 nəfəri oğlan, 13 min 31-i qızdır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 1100-da başlayıb və 3 saat davam edib.

Naxçıvan şəhərində qəbul imtahanları 7 və 14 nömrəli tam orta məktəblərdə olub. İmtahan üçün 975 nəfər qeydiyyatdan keçib. İmtahana 92 nəzarətçi, 7 imtahan rəhbəri cəlb olunub, bir gün əvvəl onlar üçün seminar-treninq­lər təşkil edilib.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılıb. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində Dövlət İmtahan Mərkəzinin məsul əməkdaş­ları və ekspertlər tərəfindən imtahana salınmış sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verilib. Sual­ların düzgün cavabları həm də Dövlət İmtahan Mərkəzinin internet saytında və “Facebook” səhifəsində yerləşdirilib.
Nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan, imtahandan 3-4 gün sonra Dövlət İmtahan Mərkəzinin internet saytında (www.dim.gov.az) yerləşdiriləcək.
Məlumat üçün bildirək ki, mayın 13-də Naxçıvan şəhərində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin II və III ixtisas qrupları üzrə də qəbul imtahanı keçirilib. Naxçıvan şəhərindəki 1, 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanda 1768 nəfər iştirak edib, 157 nəzarətçi, 12 imtahan rəhbərindən 6 imtahan rəhbəri və nəzarətçi regional bölmənin bazasından olub.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR