23 Dekabr 2024, Bazar ertəsi

Gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə növbəti təlim toplantısı keçirilib.
Dərslər Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində təşkil edilib. Toplantı çərçivəsində hərbi-­vətənpərvərlik mövzusunda film və videoçarxlar nümayiş olunub, kütləvi qırğın silahlarından mühafizə vasitələri və onlardan istifadə qaydaları əyani olaraq göstərilib. Fiziki hazırlıq dərsləri zamanı silahlı, silahsız və ikilikdə çalışmalar kompleksi, eləcə də sürət və güc çalışmaları yerinə yetirilib. Təlim mərkəzində hərbi rəhbərlərə müxtəlif atıcı silahların təyinatı, taktiki-texniki xüsusiyyətləri haqqında məlumat verilib. Həmçinin ilk tibbi yardımın göstərilməsi və yaralıların döyüş sahəsindən çıxarılması qaydaları da hərbi rəhbərlərin diqqətinə çatdırılıb. Hərbi rəhbərlər praktik atışları icra edib, əl qumbaralarından atış çalışmalarını yerinə yetiriblər.

Üçgünlük təlim toplantısı yekun tədbiri ilə başa çatıb. Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov çıxış edərək diqqətə çatdırıblar ki, hərbi rəhbərlər davranışları ilə, hərbi geyimə münasibətə görə şagirdlərdə ordumuz haqqında ilkin təəssüratlar yaradırlar. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bütün tam orta məktəblərin hərbi rəhbərlərinə yeni geyim formaları və tam tədris bazası ilə təmin edilmiş ibtidai hərbi hazırlıq yeşikləri təqdim edilib.
Çıxışlar zamanı təlim toplantılarının əhəmiyyəti qeyd edilib, hərbi rəhbərlərin bilik, bacarıq və peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağı bildirilib. Həmçinin vurğulanıb ki, bu gün tam orta məktəblərimizdə şagirdlərin vətənpərvər ruhda yetişdirilməsinə xüsusi əhəmiyyət verilir. Ona görə də hər il yüzlərlə gənc Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edir.
Sonda bir qrup hərbi rəhbərə növbəti hərbi rütbələr təqdim edilib.

Nəriman NƏCƏFOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR