23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanda şahmat idman növünün inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək zəka sahiblərimizin ixtiyarına verilib. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində distant və interaktiv təhsilin təşkili üçün hər cür şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Şahmat Federasiyası belə tədbirlərin davamı kimi mütəmadi olaraq şahmat məşğələləri də təşkil edir.
Naxçıvan Şahmat Mərkəzində keçirilən növbəti məşğələni beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb. Məşğələ 200-dən artıq təhsil müəssisəsində interaktiv formada, şəhər və rayon şahmat məktəbləri arasında isə 200-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib. Məşğələ ­zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan və qabaqcıl şahmat müəllimlərinin tədris etdiyi belə məşğələlərin keçirilməsində məqsəd şahmatın kütləviliyinə nail olmaq, şagird­lərin bu sahəyə meyil və maraqlarını daha da ­artırmaq, qarşılıqlı fikir mübadiləsi apar-­ maq­la şahmatçılar arasında rəqabət mühitini ­formalaşdırmaqdır.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR