23 Dekabr 2024, Bazar ertəsi

Tədbirdən əvvəl 2018-ci ildə elmin müxtəlif istiqamətləri üzrə nailiyyətlərin toplandığı monoqrafiya, kitab, müxtəlif jurnallar, alınan patent və ixtiralar, tətbiqyönümlü müxtəlif materialların nümayiş etdirildiyi sərgiyə baxış olub.
Hesabat yığıncağını bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, 2018-ci ildə AMEA Naxçıvan Bölməsi fəaliyyəti çərçivəsində bu və ya digər məsələlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin verdiyi sərəncam, qərar, tapşırıq və tövsiyələri layiqincə yerinə yetirməyə çalışıb.
Qeyd olunub ki, 2018-ci ildə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 23 monoqrafiyası, 15 kitabı, 4 kitabçası, 3 metodik vəsaiti, 555 elmi məqaləsi, 213 konfrans materialı, 7 tezisi olmaqla, 820 elmi əsəri nəşr edilib. Əsərlərdən 2 mono­qrafiya, 87 elmi məqalə, 75 konfrans materialı və 3 tezis olmaqla, 167-si xaricdə çapdan çıxıb. Elmi məqalələrdən 48-i impakt faktorlu (11-i Tomson Reuters) jurnallarda çap edilib. Bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 51 əsər çoxdur. Məqalələrin 99-u xaricdə olmaqla, 498-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb ki, bu da ötən illə müqayisədə 25 əsər çoxdur. Hesabat dövründə bölmədə “Xəbərlər” jurnalının, eləcə də “Axtarışlar” jurnalının hər birinin dörd nömrəsi çapdan çıxıb. Bu nömrələrdə bölmə əməkdaşlarının 228 məqaləsi işıq üzü görüb. Bölmənin Rəyasət Heyətinin iclaslarında 18 kitab və monoqrafiya müzakirə olunaraq nəşrə tövsiyə edilib. Əməkdaşların 178 qəzet məqaləsi nəşr olunub. Bununla yanaşı, Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ­4 patent təqdim ediblər.

Kadr hazırlığı sahəsində görülən işlərə toxunan akademik bildirib ki, 2018-ci ildə bölmədə ştat cədvəli üzrə 256 əməkdaş çalışıb. Onlardan 19 nəfəri hesabat dövründə işə götürü­lüb. Bundan əlavə, 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə bölmə əməkdaşlarından 1 nəfərə elmlər doktoru, 1 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi, 1 nəfərə isə professor elmi adı verilib. Bir nəfərin elmlər doktoru, bir nəfərin fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev işdə yol verilmiş nöqsanlara da toxunub, onların aradan qaldırılması üçün tapşırıqlar verib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib, elmi-təşkilati və humanitar sahələrdə fərqlənən iki əməkdaşa “İlin alimi” diplomu təqdim edilib.


Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR