22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan məktəbdənkənar tərbiyə müəssisələri tərəfindən məktəblilərin yay tətili günlərini səmərəli, yaddaqalan, xoş və daha maraqlı keçirmək məqsədilə təşkil olunan tədbirlər davam etdirilir. Belə tədbirlərin başlıca məqsədi xüsusi istedada malik olan uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların qabiliyyət və bacarıqlarının düzgün formalaşdırılması və istiqamətləndirilməsi, təkcə bilikli yox, həm də hər hansı sənətə yiyələnmiş insanların yetişdirilməsinə nail olmaqdır.
Növbəti tədbir isə dünən Naxçıvan Muxtar Respublikası və Culfa Rayon Texniki Yaradıcılıq mərkəzlərinin birgə təşkilatçılığı ilə əl işlərinin hazırlanması və sərginin keçirilməsi olub. Həmin məktəbdənkənar tərbiyə müəssisələrinin hər birinin 25 dərnək üzvünün iştirakı ilə keçirilən tədbir üçün ayrılan vaxt ərzində “Bacarıqlı əllər”, “Kağız əl işləri”, “Təyyarə-raket modelçiliyi”, “Makrome”, “Bədii tikmə”, “Dizayn”, “Təsviri estetika” və “Ağac üzərində oyma” dərnəklərinin üzvləri öz bacarıqlarına uyğun əl işləri hazırlayıblar. Səmərəli istirahət zamanı dərnək üzvlərində xoş təəssürat, gözəl əhval-ruhiyyə yaranıb, onlar əl işlərini böyük maraq və həvəslə tamamlayıblar.
Sərgi iştirakçıları vurğulayıblar ki, istirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöq­teyi-nəzərindən böyük məna kəsb edir və belə tədbirlərin təşkili ­əhəmiyyətlidir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR