22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən iyul ayında şagirdlərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili sahəsinə nəzarət artırılmış, peşə təhsilinin təşkili, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Müəllim hazırlığı ilə bağlı innovativ təklif və layihələrin dəstəklənməsi, ali məktəblərin professor-müəllim heyəti ilə birgə dərslik və dərs vəsaitlərinin müzakirəsinin aparılması, gənclərin təhsili ilə yanaşı, peşə sahələrinə yönləndirilməsinə diqqət artırılmışdır. Təhsil müəssisələrini bitirən məzunların müvafiq təhsil sənədləri ilə təmin olunması istiqamətində görülən işlər sayəsində 2018-2019-cu tədris ilində ümumtəhsil məktəblərini bitirən məzunlara dövlət nümunəli təhsil sənədləri verilmişdir.
Məktəb rəhbərlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların yeni bilik, bacarıq və səriştələrə, təhsil aldığı ixtisas üzrə nəzəri və praktik biliklərə tam yiyələnmələri məqsədilə məktəb direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavinləri üçün “Məktəbin idarə olunması” mövzusunda 5 günlük təlim keçirilmişdir. Müəllimlərin informasiya texnologiyalarından istifadə bacarığının artırılması məqsədilə 95 müəllim peşə təhsili müəssisələrində təşkil olunan Kompüter istifadəçisi və Elektron lövhə istifadəçisi kurslarına cəlb edilmişdir.

Məzunların qəbul imtahanlarında iştirakı istiqamətində işlər diqqətdə saxlanılmış, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 7-də keçirilən yay qəbul imtahanlarında II-III ixtisas qrupları üzrə sənəd vermiş abituriyentlərin, iyulun 14-də isə hərbi liseyə və Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına sənəd vermiş namizədlərin iştirakı təmin edilmişdir. Eyni zamanda orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş məzunların ümumi və tam orta təhsil bazası üzrə tələbə qəbulu üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyatdan keçməsi və qabiliyyət imtahanında iştirakları təmin edilmişdir.
İstedadlı uşaqlarla aparılan işlər diqqətdə saxlanılmış, respublika fənn olimpiadasında qalib olmuş 25 şagirdə diplom və medallar təqdim olunmuşdur. Respublika fənn olimpiadasında şagirdlərdən 2-si qızıl, 6-sı gümüş, 17-si isə bürünc medala layiq görülmüşdür.
Hesabat dövründə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılmış, konsert pro­qramı, ustad dərsi, kitab müzakirələri, bilik və şahmat yarışları keçirilmişdir. Bununla yanaşı, məktəbdənkənar tərbiyə müəssisələrində şeir müsabiqəsi, rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə keçirilmiş, dərnək üzvlərinin muxtar respublikanın tarixi abidə və muzeylərinə ekskursiyaları təşkil olunmuşdur. Nazirliyin tabeliyində fəaliyyət göstərən Uşaq-gənclər idman və şahmat məktəbləri tərəfindən ay ərzində, ümumilikdə, 9 idman növü üzrə 40 idman tədbiri və 33 şahmat yarışı keçirilmiş, nazirliyin yeni internet saytı istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR