22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində “Naxçıvan tələbələrinə təqaüd” proqramı çərçivəsində “Nar” mobil operatoru tərəfindən təqaüd kartlarının təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov belə tədbirlərin tələbələrin sosial-rifah halının yaxşılaşdırılmasındakı əhəmiyyətindən danışıb.

Rabitə və Yeni Texnologiyalar nazirinin müavini Əli Mikayılov qeyd edib ki, İnformasiya texnologiyaları və İnformatika ixtisasları üzrə təhsil alan, xüsusilə fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbəyə 2019-2020-ci tədris ilində “Nar” tərəfindən 200 manat məbləğində aylıq təqaüd ayrılıb. Tədbirdə iştirak edən “Azerfon”un baş icraçı direktoru Qunnar Panke təqaüd proqramının qalibləri ilə görüşərək onları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tələbələr adından çıxış edən İnci Hüseynli minnətdarlığını bildirib.
Qeyd edək ki, “Nar” artıq ikinci ildir, rabitə sahəsində gələcəyin yerli peşəkarlarının yetişdirilməsinə dəstək məqsədilə muxtar respub­likada təhsil alan tələbələr üçün təqaüd proqramını təşkil edir.
İkitərəfli görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının elmi potensialı, maddi-texniki bazası və bu ali məktəbdə yerinə yetirilmiş beynəlxalq layihələr haqqında ətraflı məlumat verib.
Sonra qonaqlar İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinə gələrək burada fəaliyyət göstərən kamera nəzarət sistemi, server və texniki təminat otaqlarının işi ilə yaxından tanış olublar.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR