22 Dekabr 2024, Bazar

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev ölkə Prezident İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 14 fevral 2020-ci il tarixli Sərəncamını xatırladıb, sözügedən sənəddən irəli gələrək Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrdən danışıb.

Alim, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyinin Bölmədə qeyd edilməsi ilə bağlı Tədbirlər Planının hazırlandığını diqqətə çatdırıb. Tədbirlər Planı Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.

Daha sonra İsmayıl Hacıyev 70 illik yubileyləri münasibətilə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərliyə AMEA-nın, Bioresurslar İnstitutunun “Torpaqlar ehtiyatları” laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyevə isə Naxçıvan Bölməsinin Fəxri fərmanlarını təqdim edib.

İclasda bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Əlyazmalar Fondunda qədim əlyazma və çap kitablarının toplanılması və kataloqlaşdırılması işinin təşkili” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə, həmçinin elmi təşkilatların bir sıra əməkdaşlarının 2020-ci il üçün tədqiqat planlarının təsdiqi, elmi-təşkilati və cari məsələlərə baxılıb.

Sonda Bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi işçiləri Eltun İbrahimov “İqtisadiyyat”, Qiyas Qurbanov isə ictimai əsaslarla “Coğrafiya” şöbələrinə müdir təyin olunublar.

 

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR