22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan 29 ibtidai sinif müəlliminə sertifikatlar təqdim olunub.

Təqdimatda institutun və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər. İnstitutun prorektoru Azad Novruzov diplomdan sonrakı təhsilin təşkili yollarından, Naxçıvan Təhsil Nazirliyi ilə bu sahədə aparılan əməkdaşlıqdan danışıb. Bildirilib ki, ibtidai sinif müəllimləri üçün təşkil edilmiş kurs “İbtidai siniflərdə ana dili fənnindən şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi yolları” mövzusuna həsr olunub. Kurs uğurla başa vurulub, qarşıya qoyulmuş məqsədə nail olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Abdulla Əsgərov, institutun professoru Akif İmanlı və başqaları çıxış edərək təlimin əhəmiyyətindən danışıblar.
Sonra kurs iştirakçılarına sertifikatlar təqdim edilib.


Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR