22 Dekabr 2024, Bazar

Muxtar respublikada gənclərin işlə təminatı daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi hamiliyə verilmiş pedaqoji profilli ixtisasların məzunlarının işlə təmin olunmasına dəstək məqsədilə onlayn seminar keçirib.

Seminarda Naxçıvan Müəllimlər İnstitutunun 70-dən çox məzunu iştirak edib. Məzunlar ümumtəhsil məktəblərində vakant müəllim yerləri və işə qəbulla bağlı məlumatlarla tanış olub.
Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov qeyd edib ki, keçirilən seminarın əsas məqsədi pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələrinin muxtar respublikanın ümumtəhsil müəssisələrində olan vakant müəllim vəzifələri ilə tanış edilməsi, onlara gənc müəllimlərin işə qəbulu qaydaları ilə bağlı ətraflı məlumatların verilməsidir.
Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Şikar Hüseynov məzunlara slaydlar vasitəsilə muxtar respublika ümumtəhsil məktəblərində olan vakant müəllim vəzifələri dərs saatları ilə birlikdə, Naxçıvan Muxtar Respublikasında müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları və pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər haqqında geniş məlumat verib.
Qeyd edək ki, qrafikə uyğun olaraq iyunun 10-da “Naxçıvan” Universitetinin 70, iyunun 11-də isə Naxçıvan Dövlət Universitetininin 70 məzunu ilə onlayn seminar keçiriləcəkdir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR