22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası Təhsil Nazir­liyinin Uşaq-Gənc­lər İnkişaf Mərkəzi tərəfindən 7 may-1 iyun tarixlərində “Üç alov” adlı beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalı keçirilib.

Mövcud vəziyyətlə bağlı onlayn şəkildə keçirilən festivalın əsas məqsədi Azərbaycan və xarici ölkələrin adət-ənənə və zəngin mədəni irslərinin öyrənilməsi, qorunub saxlanması və inkişafı, ənənəvi folklor, klassik, müasir incəsənətin müxtəlif istiqamətləri üzrə uşaq və gənclərin cəlb edilməsi, xarici ölkə­lərin kollektivləri ilə yaradıcılıq nailiyyətlərinin mübadiləsi, incəsənət sahəsində ən istedadlı, perspektivli uşaq və gənc­lərin aşkara çıxarılması, həmçinin onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Müsabiqədə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Bayram Tahirov Rəqs, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Məleykə Vəliyeva isə Klassik instrumental ifaçılıq nominasiyası üzrə onlayn şəkildə iştirak ediblər. Hər iki şagirdin çıxışı qiymətləndirilərək həvəsləndirici yerə layiq görülüb. Uğur qazanan şagirdlər Qran Pri diplomu ilə mükafatlandırılacaq.
Qeyd edək ki, hər il keçirilən “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında naxçıvanlı məktəblilər ilk dəfə iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR