22 Dekabr 2024, Bazar

Aparılan uğurlu təhsil siyasəti çərçivəsində respublika və muxtar respublika fənn olimpiadaları, Beynəlxalq Riyaziyyat Olimpiadasının diyarımızda keçirilməsi istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır. Belə tədbirlərin davamı olaraq dünən respublika fənn olimpiadasının keçirilməsi dəqiq elmlər sahəsində istedadlı şagirdlərin potensialının inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Pandemiya ilə əlaqədar təxirə salınmış respublika fənn olimpiadasının respublika mərhələsinin fizika və riyaziyyat fənləri üzrə final turu Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə keçirilib. Olimpiada zamanı bütün fənlər üzrə sualları cavablandırmaq üçün şagirdlərə 4 saat vaxt verilib.
Fevral ayında keçirilmiş respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən muxtar respublika üzrə uğur qazanmış 87 şagirddən dünən keçirilən olimpiadada riyaziyyat fənni üzrə 20, fizika fənni üzrə isə 3 olmaqla, ümumilikdə, 23 şagird iştirak edib. İştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə bütün qabaqlayıcı tədbirlər görülüb.
Qeyd edək ki, iyunun 9-da keçiriləcək final turunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə 18, coğrafiya fənni üzrə 12, tarix fənni üzrə 11 olmaqla, ümumilikdə, 41 şagird, iyunun 11-də keçiriləcək final turunda isə kimya fənni üzrə 10, informatika fənni üzrə 2, biologiya fənni üzrə isə 11 olmaqla, ümumilikdə, 23 şagird iştirak edəcəkdir. Növbəti final turları da Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR