22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universiteti "Pedaqogika və psixologiya" kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Taleh Xəlilovun "РАЗВИТИЕ Ш0КОЛ И ПЕДАГОГИЧЕСКОЙ МЫСЛИ В НАХЧЫВАНЕ В ХІХ-ХХ ВЕКАХ" adlı elmi məqaləsi Qazaxıstan Respublikasının Əl Fərabi adına Qazax Milli Universitetinin yüksək impakt faktorlu “Xabarşı” (“ХАБАРШЫ”  jurnalında dərc olunub.

Məqalədə XIX-XX əsrlərdə Naxçıvanda məktəb və pedaqoji fikrin inkişaf tarixi arxiv materialları əsasında araşdırılıb, maarif və mədəniyyətin inkişafında xidmətləri olan Qori və İrəvan Müəllimlər Seminariyasının görkəmli naxçıvanlı məzunlarının maarifçilik fəaliyyəti tədqiq edilib. Müəllif həmçinin, maarifpərvər ziyalı və görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin açdığı “Əxtər” (“Ulduz”) və “Məktəbi-tərbiyə” ana dilli məktəblərini və Naxçıvan bölgəsində fəaliyyət göstərən digər dünyəvi məktəbləri, təlimin ana dilində aparılması sahəsində görülən işləri, müəllim kadrlarının hazırlığı, qadın təhsilinin ümumi vəziyyəti və problemləri haqqında ətraflı məlumat verib.

Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat

və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR