Avqustun 12-də Təhsil naziri Emin Əmrullayev Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb.
Təhsil Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.