22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Şahmat Mərkəzində ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlərə 20 iyul – Beynəlxalq Şahmat Günü münasibətilə onlayn ustad dərsi keçilib. Dərsi beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi Fikrət Sidiefzadə aparıb. Dərsin keçilməsində məqsəd şahmat fənnini tədris edən müəllimlərin təcrübələrini zənginləşdirmək və onların işlərini düzgün qurub, istedadlı uşaqları üzə çıxarmalarına dair lazımi məsləhətlər vermək idi.

Qeyd edək ki, dərsdə Naxçıvan şəhəri üzrə 28, Şərur rayonu üzrə 5, Babək rayonu üzrə 5, Ordubad rayonu üzrə 5, Culfa rayonu üzrə 5, Kəngərli rayonu üzrə 5, Şahbuz rayonu üzrə 5, Sədərək rayonu üzrə 5 olmaqla, ümumilikdə, 63 şahmat müəllimi iştirak edib.
Sonra ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlərlə şahmatın oyunları təhlil olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat xidməti

*   *   *

Kəngərli rayonunda bu münasibətlə keçirilən şahmat birinciliyi 12 yaşadək oğlan və qız şahmatçılar arasında İsveçrə sistemi üzrə təşkil edilib.
Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbində təşkil olunan Tempo turnirində 18 zəka sahibi mübarizə aparıb. Şahmat Federasiyasının rayon bölməsi, Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən yarışın qalibi 5 xalla Əli Qulamzadə (1435) olub.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Şərur Rayon bölməsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Şərur və Kəngərli rayonlarının şahmatçıları arasında Tempo turnir keçirilib. Müəyyən edilmiş yaş qrupları üzrə təşkil olunan yarışda oğlanlar arasında Ayxan Əliyev, Fərid Məmmədli, Azad Xəlilov, Elmin Yusifli, qızlar arasında isə Xatun Nəcəfova və Sara Rzayeva qalib adını qazanıblar.
Babək rayonunda təşkil olunan Tempo turnirində 30 nəfər iştirak edib. Bütün rəqiblərini üstələyən Əli Əliyev turnirin qalibi olub.
Naxçıvan Şahmat Mərkəzində iki gün davam edən açıq birinciliyə yekun vurulub. Nəticəyə əsasən Toğrul Həsənzadə qalib adını ­qazanıb.
Qeyd edək ki, turnirin sonunda şahmatçıların reytinqləri FİDE-də qeydiyyata alınmaqla yanaşı, qaliblər pul mükafatları ilə təltif olunublar.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən muxtar respublikanı əhatə edəcək onlayn yay dərsləri də davam etməkdədir.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR