Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetində keçirilən növbəti dəyirmi masada “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni əsr və III minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabı müzakirə edilib. Dəyirmi masanı giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev gənc nəslin vətənpərvərlik, tarixi kökə bağlılıq ruhunda tərbiyə edilməsində sərəncamın əhəmiyyətindən bəhs edib və kitabın məziyyətlərindən danışıb. Bildirilib ki, bu nəşr xalqımız üçün əhəmiyyət kəsb edən tarixi məqamları əhatə edir və kitabda tariximizin bütün dövrləri təhlil olunur.
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Asəf Əliyev, Tarix fənninin tədrisi metodikası və metodologiyası ixtisası üzrə II kurs magistr tələbəsi Nurtac Zeynalova çıxış ediblər.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib. Tələbələrin sualları cavablandırılıb, videoçarxa baxış olub.
Telli Mustafayeva