Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində ilk dəfə qəbul aparılan ingiliscə İqtisadiyyat ixtisası üzrə kadr hazırlığı davam edir. Bu məqsədlə yeni ixtisasda dərslərlə məşğul olacaq müəllimlər və habelə fakültə tələbələri üçün ABŞ-ın Şimali İlliyons Universitetinin professorlarının onlayn məşğələləri təşkil olunub.
Təlimdə ilk olaraq “Biznesə giriş və biznes strategiyası” mövzusunda professor Paul Prabhaker, “Sahibkarlıq və kiçik biznesin inkişafı” məşğələsini isə ABŞ-ın İndiana şəhərində yerləşən Purdue Universitetinin professoru Jamaluddin Husain keçib. Noyabrın 16-da təlimin növbəti 10-cu məşğələsi olub. “Keyfiyyət idarəetməsi” mövzusunda təqdimat aparan professor Con Kalaras qlobal rəqabət şəraitində firmaların həyata keçirdiyi strategiya, müxtəlif ölkələrdə bunun üçün tətbiq olunan modellər barədə geniş təqdimat aparıb.
Təlimlər sentyabr ayından başlayıb və dekabrın 7-dək davam etdiriləcək.
Səadət Əliyeva