22 Dekabr 2024, Bazar

“Naxçıvan” Universitetində “Naxçıvanda son 25 ildə sosial-iqtisadi inkişaf ” adlı respublika konfransı keçirilib.
Plenar və bölmə hissələrindən ibarət olan konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, son 25 ildə sosial, iqtisadi, mədəni, humanitar, siyasi və digər sahələrdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər qədim diyarın inkişafının davamlılığını təmin edib. Ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi xəttin uğurla davam etdirilməsi, görülən hər bir işin elmi əsaslara söykənməsi, uzunmüddətli inkişafın tərkib hissəsi olması sosial pro­qramların reallaşdırılmasına, əhalinin rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır.

Turizm Departamentinin direktoru Əkbər Novruzovun “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf tendensiyası”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylunun “Naxçıvan İqtisadi Rayonunun ölkə iqtisadiyyatında yeri və təsərrüfatının inkişaf mərhələləri”, Naxçıvan Dövlət Universitetinin əməkdaşı, professor Teymur Abbasovun “Müasir iqtisadi şəraitdə Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadiyyata keçidin zəruriliyi”, iqtisad üzrə elmlər doktoru Mehdi Bağırovun “Mühasibat uçotunun təməl tərkib elementləri: İqtisadi təhlil və nəzarət fəaliyyətinin qarşılıqlı əlaqələri”, Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, dosent Mehriban İmanovanın “Uğurlu siyasət və əsrə bərabər inkişaf nümunəsi” mövzularında çıxışları dinlənilib.
Bildirilib ki, son 25 ildə həyata keçirilən kompleks quruculuq işləri Naxçıvan Muxtar Respublikasını bütünlükdə əhatə edib. İnzibati və yaşayış binalarının istifadəyə verilməsi ilə yanaşı, yeni parklar salınır, sakinlərin və turistlərin mənalı istirahəti təşkil olunur. Naxçıvan şəhərində tarixi görkəm qorunub saxlanılmaqla yanaşı, həm də müasir şəhər infrastrukturu yaradılıb. Muxtar respublikanın rəngarəng landşaftı, qədim tarixi, mədəniyyət və təbiət abidələri mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində yeni turizm mərkəzləri yaradılır və inkişaf etdirilir.
Konfrans öz işini bölmələr üzrə davam etdirmişdir.

Seyfur Hacımuradov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR