07 May 2024, Çərşənbə axşamı

“Naxçıvan” Universitetinin əməkdaşları Nyu-Yorkda keçirilən “Fənlərarası tədqiqat və təcrübələrin inkişaf tendensiyaları” adlı onlayn beynəlxalq konfransda iştirak ediblər.
Onlayn konfransda “Naxçıvan” Universitetini Riyaziyyat və informatika kafedrasının müəllimləri Səbinə Mahmudova, İlham Süleymanov, Nazlı Əjdərova və İqtisadiyyat kafedrasının müəllimi Rifat Mahmudov təmsil ediblər.

Konfransda Səbinə Mahmudovanın, İlham Süleymanovun, Nazlı Əjdərovanın “Wi Max şəbəkəsinin arxitekturası” mövzusunda, Rifat Mahmudovun isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əhaliyə xidmət müəssisələrinin rolu” mövzusunda çıxışları olub.
Konfransın sonunda tədbir iştirakçıları sertifikatlara layiq görülüblər.

Seyfur Hacımuradov

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR