Muxtar respublika ümumtəhsil məktəbliləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsi olub.
Şagirdlərin mövzu ətrafında öz fikirlərini ifadə etmələri üçün onlara 2 saat vaxt verilib. Müsabiqədə muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 34 şagird iştirak edib. Şagirdlər inşanı təşkilat komitəsi tərəfindən təqdim olunan dəftərlərdə yazıb.
Sonra müsabiqə iştirakçılarının inşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib.
Qaliblər diplomlarla təltif ediliblər.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti