22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində İqdır Universiteti rektorunun başçılıq etdiyi numayəndə heyəti ilə görüş olub. Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, İqdır Universitetinin rektoru, professor Mehmek Hakkı Alma, rektor köməkçisi və Fənn ədəbiyyat fakültəsinin dekanı, professor İbrahim Demirtaş, Ziraət fakültəsinin dekanı, professor Veli Uygur, İnşaat və texniki şöbə müdiri Nedim Duman iştirak ediblər.

Rektor qonaqları salamlayaraq ali təhsil ocağının malik olduğu imkanlar, fakültələr, tədris edilən ixtisaslar və beynəlxalq əlaqələr haqqında geniş məlumat verib. Xalqımızın qazandığı tarixi Qələbədə qardaş ölkənin də siyasi-mənəvi dəstəyini yüksək qiymətləndirən rektor ölkələrarası münasibətləri birgə qardaşlığın ən yüksək nümunəsi kimi dəyərləndirib. Universitetə qəbul olan əcnəbi tələbələrin siyahısında türkiyəli tələbələrin daha çox üstünlük təşkil etdiyini qeyd edən rektor bunun səbəbini dil, din birliyi, ortaq adət-ənənələrə sahib olmağımızla əlaqələndirib.
İqdır Universitetinin rektoru, professor Mehmek Hakkı Alma da, öz növbəsində, mənfur düşmən üzərində qələbəmiz münasibətilə təbriklərini çatdırıb. Qeyd olunub ki, bu qələbə təkcə azərbaycanlıların deyil, bütün Türk dünyasının qələbəsidir.
Görüşdə elm-təhsil sahələrində ortaq layihələr reallaşdırmaq, birgə elmi araşdırmalar apararaq nəşrlər hazırlamaq, elmi konfrans və simpoziumlar, toplantılar təşkil etmək, tələbə-müəllim mübadiləsini genişləndirmək, müxtəlif idman növləri üzrə universitetlərarası yarışlar keçirmək məsələləri müzakirə edilib
Sonra Tibb fakültəsində olan qonaqlara məlumat verilib ki, 2019-cu ildə yenidən qurularaq istifadəyə verilən fakültə yüksək maddi-texniki baza ilə zənginləşdirilib. Tələbələrin bu ixtisas üzrə həm nəzəri, həm də təcrübi dərsləri keçmələri üçün burada hər cür şərait yaradılıb. Bunun nəticəsində fakültədə təhsil almağa əcnəbi vətəndaşlar arasında da maraq artıb. Bu il fakültəyə qəbul olan 336 xarici tələbədən 260-ı Türkiyə Respublikasındandır.
Laboratoriyalarda olan qonaqlar Fitoterapiya və apiterapiya sahəsində Naxçıvan Dövlət Universiteti ilə gələcək əməkdaşlıq perspektivləri və ortaq layihələrlə bağlı müzakirələr aparıblar.
Universitetin xəstəxanasına gələn qonaqlar buradakı şəraitdən, yaradılan imkanlardan məmnunluqlarını ifadə ediblər. Baytarlıq təbabəti ixtisasının müasir tədris binasında olan qonaqlara məlumat verilib ki, bu ixtisas üçün ayrıca binanın mövcudluğu göstərilən dövlət dəstəyinin təzahürüdür. Pedaqoji fakültənin nəzdində fəaliyyət göstərən Texnologiya Mərkəzində – Toxuma və tikiş kabinəsi, Xalçaçılıq, Kulinariya Mərkəzi, Ağac emalı və metalkəsmə emalatxanasındakı müasir tədris imkanları, həmçinin fakültədə yeni yaradılan Atıcılıq Mərkəzi ilə tanış olan qonaqlar universitetdəki imkanlardan məmnunluq duyublar.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR