06 May 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Texniki Kollecində “Təhsildə innovasiya: STEAM təhsil metodu və onun əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı, innovasiyaların yaradılması istiqamətində də yeni vəzifələr müəyyənləşdirib. Sərəncam təhsilin inkişafında yeni mərhələnin əsasını qoyub, təhsil müəssisələrində yaradıcı düşüncəni və inkişafa xidmət edən layihələrin hazırlanmasına və tətbiqinə geniş imkanlar açıb. Bunun nəticəsidir ki, muxtar respublikada təhsilin inkişafı, innovativ təhsil üsullarının tətbiqi istiqamətində “İnnovativ dərnəklər”, “Sabahın tədqiqatçıları”, “Sabahın müəllimi”, “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Distant təhsil” layihələri tətbiq edilir.

Təhsil naziri bildirib ki, 2020-2021-ci tədris ilindən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılıb. STEAM şagirdlərə beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan təhsildir. STEAM təlimlərində şagirdlərə robotexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik bacarıqları öyrədiləcəkdir.
Rəhman Məmmədov muxtar respublikanın təhsil müəssisələrində STEAM təhsil metodunun tətbiqi üçün yaratdığı əlverişli şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov, Şərur Rayon Təhsil Şöbəsinin müdiri Kamil Məmmədov və Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin Robotexnika və STEAM dərnəyinin rəhbəri Türkanə Hüseynova muxtar respublikamızda təhsil quruculuğu, təhsilin müasir tələblər səviyyəsində inkişafından, STEAM-in təhsilin yeni təhsil fenomeni kimi məktəblərdə və məktəbdənkənar təhsil müəssisəsində tətbiqinin əhəmiyyətindən danışıblar.
Sonra STEAM təhsil metodunun muxtar respublikada tətbiqinin slayd vasitəsilə təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR