22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri ilə görüş keçirilib.
Görüşdə İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov giriş sözü ilə çıxış edərək “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı keçirilən tədbirlərin və tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışıb.

Sonra İqtisadiyyat Nazirliyinin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Anar Cəfərov “Muxtar respublikada son illərdə iqtisadiyyat sahəsində görülmüş işlər və əldə olunmuş nəticələr” mövzusu üzrə slaydlar vasitəsilə çıxış edib. Çıxışda muxtar respublika iqtisadiyyatı üzrə investisiya qoyuluşları və infrastruktur layihələri haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Elnur Mahmudov “Sənaye zonalarının yaradılmasının iqtisadi əhəmiyyəti və Şərur Sənaye Məhəlləsinin yaradılmasının özəl sektorun inkişafına təsiri” mövzusu ətrafında çıxış edərək, muxtar respublikada özəl sektorun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafının təmin edilməsində, rayonlarda sənaye sahəsinin inkişafı və məşğulluğun təmin olunmasında Şərur Sənaye Məhəlləsinin əhəmiyyəti barədə geniş məlumat verilib.
Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb. Həmçinin fəal tələbələrə həvəsləndirici hədiyyələr təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

*   *  *

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən hamiliyə götürülən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün 2015-ci ildən başlayaraq bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlərin davamı olaraq komissiya tərəfindən Naxçıvan Dövlət Universitetinin tələbələri üçün seminar təşkil edilib.
Tədbiri universitetin kafedra müdiri Flora Kərimova giriş sözü ilə açıb.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaş­ları Türkan Gülməmmədli, Zaman Bağırov Azərbaycan Respublikasının dövlət qulluğu modeli, Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu sahəsində islahatlardan danışıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR