22 Dekabr 2024, Bazar

“Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “XX əsr Naxçıvan ədəbi mühitində dil məsələləri” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatının xüsusi tərkib hissəsidir. Bu ədəbi mühit qədim dövrlərdən orta əsrlərə, yeni dövrdən müasir günümüzə qədər həmişə Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş etmişdir. XX əsr Naxçıvan ədəbi mühiti də Azərbaycan və dünya ədəbiyyatına onlarca görkəmli şair və yazıçı bağışlamışdır.
Daha sonra Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimləri – professor Sədaqət Həsənovanın “Qafar Qərib yaradıcılığının dil, üslub xüsusiyyətləri”, dosent Qənirə Əsgərovanın “Naxçıvan onomastikasında Firudin Rzayevin rolu” və Xuraman Hacızadənin “Fonetika və fonologiya problemlərinin həllində naxçıvanlı dilçi alimlərin rolu” mövzusunda çıxışları dinlənilib. 

Seyfur HACIMURADOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR