Konfransı giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açıb. O bildirib ki, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması münasibətilə dövlət başçısı İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib. Rektor Nizami Gəncəvi yaradıcılığı, onun zəngin irsi haqqında qısa məlumat verərək muxtar respublikada da böyük Azərbaycan klassikinin 880 illiyinin silsilə tədbirlərlə qeyd olunacağını diqqətə çatdırıb. Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova bildirib ki, Nizami Gəncəvi yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatı üçün yox, həm də dünya ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.
Konfransda dosent Əli Həşimlinin “Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi” mövzusunda çıxışı dinlənilib. Qeyd edək ki, konfrans öz işini 5 mart tarixədək davam etdirəcək.
“Naxçıvan Universiteti”nin
mətbuat xidməti