22 Dekabr 2024, Bazar

Muxtar respublika fənn olimpiadasının və “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, olimpiadaların keçirilməsi xüsusi istedadlı uşaqların üzə çıxarılmasında, şagirdlərdə fənlərə olan marağın artırılmasında, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrində və peşə seçiminə hazır¬lanmasında mühüm rol oynayır.

Nazir qeyd edib ki, məktəblilərin muxtar respublika fənn olimpiadası iki mərhələdə keçirilib. IX-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə olimpiadanın I şəhər və rayon mərhələsində 986 şagird öz biliyini sınayıb, onlardan 611-i yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanıb. Nəticələrə əsasən noyabrın 28-də keçirilən olimpiadanın final mərhələsində, ümumilikdə, 11 şagird I, 11 şagird II və 20 şagird III yerlərin qalibi olub.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi, məktəblilərə Vətənə sevgi və məhəbbət hisslərinin aşılanması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi istiqamətində silsilə tədbirlərin davamı olaraq dekabrın 11-də “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 34 şagird iştirak edib. Onlardan 1 nəfər I, 2 nəfər II, 3 nəfər III, 3 nəfər isə həvəsləndirici yerlərin qalibi olub.
Təhsil naziri Rəhman Məmmədov olimpiada və inşa yazı müsabiqəsinin qaliblərini təbrik edib, onlara təhsillərində uğurlar yıb
Digər çıxışlardan sonra olimpiadada yer tutan Heydər Əliyev adına Hərbi Liseyin II kurs kursantı Tahir Məhərrəmov, “Ürəklərdə yaşayan dahi” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibi Heydər Əliyev adına tam orta məktəbin XI sinif şagirdi Aysun Cəfərli yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdarlıqlarını bildiriblər.
Sonda qaliblərə diplomvə hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR