22 Dekabr 2024, Bazar

“Naxçıvan” Universitetində “Sərhəd hərəkatı – dünya azərbaycanlılarının həmrəyliyinə gedən yol” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə Vətən müharibəsində qəhrəmanlıqla canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, 1989-cu il dekabrın 31-də Naxçıvanda başlanan sərhəd hərəkatı Azərbaycan xalqının müstəqillik arzularının təcəssümü idi. Bu addım sonradan, 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsi üçün keçilən yolun başlanğıcı kimi dəyərləndirilir. Bu gün bizim milli birliyimiz və Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti nəticəsində 30 ilə yaxın həsrətimizə son qoyuldu. Cəmi 44 gün ərzində şanlı Ordumuz düşmən işğalı altında olan öz əzəli torpaqlarımızı bizə qaytardı.
Universitetin Ümumi tarix kafedrasının müəllimi, dosent Elçin Zamanov “Azərbaycanlıların həmrəyliyi – milli bütövlük uğrunda mübarizənin təməl prinsipləri” mövzusunda məruzə edərək bildirib ki, ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri də dünyada yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin formalaşdırılması idi. Buna isə ümummilli liderimiz 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən nail olmuşdur. Məhz görkəmli dövlət xadiminin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabrın 31-ni “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan etmiş, həmin günün hər il bütün ölkə miqyasında dövlət bayramı kimi qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırmışdı. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etmələri məsələlərini daim diqqət mərkəzində saxlamış, onların problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etmək üçün dövlətin imkanlarını səfərbər etmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabr ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin ümumi məqsəd, vahid Azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmişdir. Məhz o birliyin nəticəsidir ki, 44 gün ərzində yağı düşmən işğal olunmuş torpaqlarımızdan qovuldu.
Sonda “Qarabağ Azərbaycandır!” adlı sərgiyə baxış olub.

Seyfur Hacımuradov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR